31 iyul 2023 at 19:42
Jurnalist kodu: 5487
Xəbər kodu: 85186014
T T
0 Persons

Tags

Əmir Abdullahiyan: Sionistlərin bölgədəki heç bir hərəkəti cavabsız qalmayacaq

Tehran - İRNA - Xarici işlər naziri iki ölkənin kabinet nazirlərinin davamlı təqibi ilə iki ölkə arasında iqtisadi, ticarət və texnoloji razılaşmaların həyata keçirilməsində irəliləyiş gördüklərini bildirərək deyib: “Birgə sığorta şirkətinin yaradılması, iki ölkənin milli valyutası ilə kommersiya əməliyyatları üzrə müqavilənin imzalanması, iranlı zəvvarların Suriyaya səfərinin başlanması istiqamətində işlər davam etdirilir.”

İRNA-nın xarici siyasət üzrə müxbirinin verdiyi məlumata görə, Hüseyn Əmir Abdullahiyan bazar ertəsi Tehranda suriyalı həmkarı Feysəl Miqdad ilə birgə mətbuat konfransında Ayətullah Rəisinin Dəməşqə son səfərinin razılaşmalarını təqib etmək üçün suriyalı siyasi və iqtisadi heyətin səfərinə toxunaraq deyib: “Suriya nümayəndə heyətində ölkənin xarici işlər naziri ilə yanaşı, Suriya hökumətinin iqtisadiyyat və kommunikasiya nazirləri də iştirak edir. Bu gün həm də yol və şəhərsalma naziri cənab Bəzrpaş ​​və suriyalı həmkarının sədrliyi ilə İran və Suriyanın Birgə İqtisadi Komissiyasının iclası keçirilib.”

Əmir Abdullahiyan Suriya xarici işlər naziri ilə məsləhətləşmələrinin əsas mövzularından birinin Ayətullah İbrahim Rəisinin Dəməşqə səfəri zamanı imzalanmış əməkdaşlıq sənədlərinin həyata keçirilməsi olduğunu bəyan edərək deyib ki, iki ölkənin səfirlərinin davamlı təqibi ilə müxtəlif sahələrdə razılaşmaların icrasında irəliləyiş olacağına ümid edirəm.

Onun sözlərinə görə, birgə sığorta şirkətinin yaradılması, iki ölkənin milli valyutası ilə kommersiya əməliyyatları üzrə müqavilə, iranlı zəvvarların Suriyaya münasib şəkildə səfərlərinin başlanması və iqtisadi əsaslarla Suriyadakı ziyarət məkanlarını ziyarət edə bilmələri İran və Suriya xarici işlər nazirləri arasında danışıqların əsas mövzularından biri olub. Habelə, hər iki tərəfin özəl sektorunun gücləndirilməsi, iki ölkə arasında hava nəqliyyatının artırılması ilə yanaşı, iqtisadi əməkdaşlığın inkişafı və tranzit sahəsində əməkdaşlıq məsələləri də müzakirə edilib.

Ölkəmizin diplomatiya qurumunun rəhbəri bildirib: “İki prezidentin razılaşmalarının icrasını daha çox izləmək üçün birgə iqtisadi, elm və texnologiya, maliyyə, bank və hüquq komitələri fəal şəkildə çalışırlar.”

Bölgədə sülh və təhlükəsizliyə nail olmaq yalnız xarici qüvvələrin müdaxiləsi olmadan mümkündür

Əmir Abdullahiyan Feysəl Miqdadla məsləhətləşmələrinin digər istiqamətləri kimi Suriya və regional mövzularla bağlı məsələləri qeyd edib, habelə Dəməşq və Pakistanda son terror əməliyyatlarını pisləyərək deyib: “Bu terror hadisələri göstərdi ki, biz terror fəaliyyətinə daha ciddi yanaşmalı və terrorizmlə mübarizədə qlobal əməkdaşlığı vurğulamalıyıq.”

Xarici işlər naziri əlavə edib ki, İran regionda sülh, sabitlik və davamlı təhlükəsizlik üçün səylərini və dəstəyini davam etdirir.

O vurğulayıb: “Bölgədə sülh və təhlükəsizlik yalnız xarici qüvvələrin müdaxiləsi olmadan, qaçqınların geri qayıtmasını təşviq etməklə, qərbin tətbiq etdiyi birtərəfli sanksiyalarını ləğv etməklə və milli dialoqlarla əldə edilə bilər.”

Sionistlərin heç bir hərəkəti cavabsız qalmayacaq

Xarici işlər naziri sionist rejimin Suriyaya hücumlarını pisləyərək deyib: “Bu rejimi regionda təhlükəsizliyin əsas səbəbkarı hesab edirik.

Onlar yaxşı bilirlər ki, sionistlərin regionda heç bir hərəkəti cavabsız qalmayıb və qalmayacaq. Şübhəsiz ki, sionistlər bu rejim daxilində çoxqatlı böhranlar yaratmaqla öz hərəkətlərinin nəticələrini hiss edir və əziyyət çəkirlər.”

Xarici qüvvələrin mövcudluğu Suriyada sabitliyə kömək etmir

Əmir Abdullahiyan vurğulayıb: “Xarici qüvvələrin Suriyada olmasının Suriya və regionun sabitliyinə heç bir töhfə verməyəcəyinə inanırıq. Türkiyənin Türkiyə- Suriya sərhədlərinin təhlükəsizliyi ilə bağlı narahatlığını başa düşürük, amma hesab edirik ki, hərbi həll yolu uyğun ola bilməz.

Biz İran, Rusiya, Türkiyə və Suriyanın dördtərəfli diplomatik çərçivəsini Türkiyə və Suriya sərhədlərinin təhlükəsizliyi üçün ən yaxşı həll yolu hesab edirik.”

Əmir Abdullahiyan qeyd edib ki, biz Amerika ordusunun və işğalçıqüvvələrinin Suriya ərazisindən dərhal çıxarılmasını zəruri hesab edirik. Bu gün biz suriyalı qaçqınların qərb bölgələrindən təhlükəsiz və dərhal vətənlərinə qayıtmasını vurğuladıq.

0 Persons

Sizin rəyiniz

You are replying to: .