İRNA-nın “Əl-Cəzirə” telekanalına istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan videokonfrans formatında keçirilən bu iclasda deyib: “Qurani-Kərimin yandırılmasını pisləyirik. Biz bütün üzv ölkələrdən Qurani-Kərimə edilən bu hücum və hörmətsizliklə mübarizə üçün mühüm addımlar atmalarını istəyirik.”
Bin Fərhan bildirib: “Biz nifrət və zorakılığın yayılmasına səbəb olan istənilən hərəkəti pisləyir və sülh dəyərlərinin yayılmasını vurğulayırıq.”
İslam Əməkdaşlıq Təşkilatının Baş katibi də deyib: “İsveç və Danimarkada Qurani təhqir olunmasını pisləmək üçün bu iclası təşkil etdiklərinə görə Ərəbistan və İrana təşəkkür edirik. Bu iclas məlum hücumlarla mübarizə üçün ortaq mövqedir.”
İƏT-in Baş katibi Qurani-Kərimin yandırılması hadisələrini Qurani-Kərimə hörmətsizlikdən xəbər verdiyini qeyd edib.
O, əlavə edib: “Təəssüf ki, Danimarka və İsveç hökumətləri Qurani-Kərimin yandırılmasına icazə verməkdə davam edirlər.”
Sizin rəyiniz