6 avqust 2023 at 21:49
Jurnalist kodu: 5487
Xəbər kodu: 85191295
T T
0 Persons

Tags

13-cü hökumət dövründə Şərqi Azərbaycan əyalətində investisiya qoyuluşu 66%artıb

Təbriz - İRNA - Şərqi Azərbaycan əyalətinin valisi Xalq Hökuməti olan 13-cü hökumətin son 2 ildəki uğurlu plan və yanaşmalarına toxunaraq, inkişaf göstəricilərinin yaxşılaşdığını, o cümlədən investisiya yatırımının 66,7%lik artımı və əyalətin iqtisadi artım tempinin 6,3%olduğunu açıqlayaraq bildirdi: Bu nailiyyətlər hökumətin müxtəlif sektorlardakı əsaslı fəaliyyətlərinin və xüsusi diqqətinin nəticəsidir.

Abidin Xürrəm Ayətullah Rəisinin prezidentlik fərmanının icrasının ildönümünü münasibətilə İRNA-ya verdiyi müsahibədə, 13-cü hökumətdə hicri şəmsi təqvimilə 1400-cü ilin şəhrivər ayından 1402-ci il xordad ayının sonuna qədər əyalətdə 193 milyon dollar dəyərində 14 böyük layihənin həyata keçirilməsi üçün sərmayə qoyuluşunun təsdiqləndiyini və 44 milyon dollar dəyərində kapital toplandığını elan edərək dedi: 12-ci hökumətin son bir ili ilə 13-cü hökumətin ilk ilindəki xarici investisiyaların həcminin statistik müqayisəsi 66,7%lik artım göstərir.

A. Xürrəm dedi: Şərqi Azərbaycan əyalətinin xüsusi strateji mövqeyi və çoxlu imkanlara malik olması, nəqliyyat daşımaları üçün əlverişli imkanları, dəmir yolu, hava limanı, iri və elmi araşdırma əsaslı sənaye bölmələrinin yaradılması, 57 sənaye şəhərciyi və məhəlləsi, beş ixtisaslaşmış şüşə şəhərciyi, konversiya sənayesi, dəri və ayaqqabı, elektrik və elektronika, Yaxın Şərqin ən böyük sənaye şəhərciyi və ölkədə yeganə müstəsna xarici investisiya şəhərciyi olan Besət sənaye şəhərciyi və 500-dən çox ehtiyat hissə istehsalı və maşınqayırma sənayesi vahidinin yaradılması, hökumətin dəstəkləyici yanaşması və kapital maneələrini aradan qaldırmaq iradəsi, özəl sektorun istehsal bölmələrinin yaradılması və canlandırılması, dövlətin investisiya yatırımı və iqtisadi fəaliyyətlə bağlı qayğısındandır.

Xürrəm əyalətin avtomobil istehsalı, ehtiyat hissələri və maşın istehsalı, polad sənayesi, məişət texnikası, qida sənayesi, şirniyyat və şokolad, xalçaçılıq, dəri, çanta və ayaqqabı, mineral və şüşə sənayesi kimi müxtəlif sahələrdəki imkanlarına diqqət çəkərək bildirdi: Kənd təsərrüfatı alətlərinin istehsalı və məhsulların ixracı üzrə bölgənin ən böyük zavodu bu əyalətdə fəaliyyət göstərir. Prezidentin əyalətə səfəri zamanı traktor istehsalına xüsusi diqqət yetirməsi və traktorların satın alınması üçün beş trilyon tümən ayrılması bu kompleksdə istehsalı artırmışdır.

ÜDM-in 4,5% Şərqi Azərbaycan əyaləti iqtisadiyyatının 6,3 %lik artımı

Şərqi Azərbaycan əyalətinin valisi h.ş. 1399-cu ildə (2020-ci ilin mart ayından 2021-ci ilin mart ayına qədərki dövr) əyalətin Ümumi Daxili Məhsulunun dəyərinin 256 trilyon tümən olduğunu bildirərək dedi: Bu iqtisadi göstərici h.ş. 1401-ci ildə 285 trilyon tümənə çatdı və biz illik 4,5 faiz artımın şahidi oluruq.

Hicri şəmsi təqvimilə 1401-ci ildə əyalətin son 10 ildə ilk dəfə olaraq ölkədə beş faizdən çox iqtisadi artıma imza atdığına diqqət çəkərək dedi: Əyalətdə bu iqtisadi göstərici 6%ə çatdı ki, bu da iqtisadi sahədə böyük bir nailiyyətdir.

Xürrəm bəyan etdi: #İqtisadi göstəricilərin əksəriyyətində biz ölkənin ilk üç əyalətindən biriyik. Plan və Büdcə Təşkilatına əsasən, keçən il vilayətin 6,3%lik artım tempi ölkə üzrə orta göstəricidən yüksəkdir.

Şərqi Azərbaycan əyalətinin qeyri-neft ixracında 13%lik artım

O, 13-cü hökumət dövründə əyalətin 19 transformasiya və təminat bölməsinin yenidən qurulması və yenilənməsinə toxunaraq dedi: Bu bölmələrin xammal qəbul etmə qabiliyyəti 13-cü hökumətdə 292 min ton artdı ki, bu da h.ş. təqvimilə 1399-cu illə müqayisədə təxminən 9%lik artım göstərir.

Şərqi Azərbaycan əyalətinin valisi ötən 2 ildə əyalətin qeyri-neft ixracatının dəyərinin üç milyard dollardan çox olduğunu və bunun əvvəlki hökumətin eyni dövrü ilə müqayisədə 13%lik artım olduğunu açıqlayıb və əlavə edib: Son 2 ildə 2.354 ticarət kartı təhvil verilib ki, bu da öncəki hökumətin eyni dövrü ilə müqayisədə 13%lik artım deməkdir.

0 Persons

Sizin rəyiniz

You are replying to: .