İRNA-nın məlumatına görə, bu günlər ABŞ-ın Hiroşima və Naqasakiyə ölümcül atom hücumunun 78-ci ildönümünə təsadüf edir. Amerika, dünyanın təhlükəsizliyi ilə bağlı irəli sürdüyü iddialarına və başqalarının adi silahlara və müdafiə avadanlıqlarına çıxışına embarqo qoyulmasını yalvarmasına baxmayaraq, Yaxın Şərqdə nüvə silahının yeganə sahibi olan sionist rejimin yanında olmaqla və dünyada ən böyük nüvə silahı arsenalına malik olan və cinayətkar simasını insan hüquqları maskası arxasında gizlədən bir ölkə kimi beynəlxalq təhlükəsizliyə ən böyük təhdid hesab olunur.
1945-ci il iyulun 16-da səhər satlarında Alamoqordo səhrasında (ABŞ) göz qamaşdıran işıq qəfildən günəşi gözdən gizlətdi, Sonra tüstü və kül buludu kimi yavaş-yavaş səmaya doğru uzandı, bu mənzərəni qarşı tərəfdən izləyən elmi və hərbi mütəxəssislərin gözü qarşısında ilk dəfə məşhur “atom göbələyi” peyda oldu.
Atom özünün nəhəng gücünü ortaya qoydu, lakin bütün dünyanın atomun təhlükəsini dərk etməsi üçün 1945-ci ilin 6 və 9 avqustunu gözləmək lazım idi: Yaponiyada Hiroşima və Naqasaki saniyənin bir anında dağıdıldı və yerdə 220 min qurban qoydu!
Bəşər cəmiyyətində nüvə silahının yeganə istifadəsi və insanların kütləvi şəkildə öldürülməsi ilə bağlı ən dəhşətli cinayət olan bu cinayət, əsrin dörddə üçü keçsə də, Amerikanın alnında qara ləkə olaraq qalmışdır və bu dağ heç vaxt soyumayacaq. Amerikanın bu nüvə cinayətinin işinin dünyada sülh və əmin-amanlıq yaratmaq iddiasında olan məhkəmələrin və beynəlxalq təşkilatların masası üzərindəki yeri boşdur, hələ də günahkarlar cəzalandırılmayıb.
İndi, bu fəlakətin 75-ci ildönümündə və dünyanın bir çox ölkələrinin nüvə silahlarından azad bir dünya qurmağa vurğulamasına baxmayaraq, soruşmaq lazımdır ki, belə faciələrin təkrarlanmaması üçün nüvə silahının istehsalı və yayılmasının qadağan edilməsi istiqamətində hansı müsbət addımlar atılıb? Bu bir yana, üstəlik, Amerika Hiroşima və Naqasaki şəhərlərinin bombalanmasının və tarixi fəlakətinin səbəbkarı kimi və onun sionist rejim kimi müttəfiqləri, dünyada qeyri-sabitlik və təhlükə yaratmaq, habelə “nüvə silahlarından azad dünya”nın formalaşmasının qarşısını almaq üçün səylərini əsirgəməyiblər və öz arsenallarını məhv etmək istəmirlər!
Bu iyrənc tarixi partlayışların cinayətkarı və icraçısı cavab vermək əvəzinə kütləvi qırğın silahlarına qarşı çıxdığını iddia edən hökumətdir! Hiroşima və Naqasakiyə hücumlarında nüvə silahından istifadə edən ilk və yeganə ölkə, ən böyük nüvə silahı arsenalına malik Amerika beynəlxalq müqavilələrdən və qurumlardan tədricən çıxmaqla, habelə onun regiondakı müttəfiqi, beynəlxalq hüququn pozulması və insan haqlarının qırılmasının bayraqdarı kimi tanınan və dünyanı daha qeyri-sabit meydana çevirən qəsbkar sionist rejimin– artıq nüvə silahının yerləşdirilməsi və istifadəsinə dair heç bir məhdudiyyəti olmayacaq. Halbuki, İran İslam Respublikası hər zaman “nüvə silahından azad Yaxın Şərq” regionu yaradılması ardınca olmuşdur və bu sahədə beynəlxalq konfranslarda fəal iştirak etmişdir.
Amerika və sionist rejim “nüvə silahlarından azad Yaxın Şərq”ə ən böyük maneədir
“Nüvə silahından azad Yaxın Şərq” məsələsi ilk dəfə olaraq İran tərəfindən qaldırılıb. Yaxın Şərq dünyanın həssas bölgələrindən biridir ki, qərbin müdaxiləsi və altı günlük müharibələr kimi müxtəlif münaqişələrin baş verməsi; İraqın İrana qarşı tətbiq etdiyi müharibə; İraqın Küveyti işğal etməsi; Amerika və müttəfiqlərinin İraqa qarşı müharibəsi; Ərəbistanın Yəmənə qarşı müharibəsi; İŞİD kimi müxtəlif terror qruplaşmalarının toqquşması və... onu nüvə silahındanazad zona elan etməyi vacibləndirir.
İran İslam Respublikasının bu sahədə fundamental mövqelərinin açıqlanmasına, ölkə rəsmiləri və nümayəndələrinin beynəlxalq forumlarda, o cümlədən BMT-nin “Yaxın Şərqdə kütləvi qırğın silahlarından azad zonanın yaradılması” başlığı altında keçirilən konfranslarda dəfələrlə izləmələrinə, habelə Ali Məqamlı Rəhbərin: “Bizim inancımıza əsasən, nüvə silahları ilə yanaşı, kimyəvi silahlar və mikrob silahları kimi digər kütləvi qırğın silahları da bəşəriyyət üçün ciddi təhlükə hesab olunur. Özü də kimyəvi silahdan istifadənin qurbanı olan İran xalqı bu cür silahların istehsalı və toplanması təhlükəsini digər xalqlardan daha çox hiss edir və bütün imkanlarını bununla mübarizə yolunda verməyə hazırdır. Biz bu silahlardan istifadəni haram və bəşəriyyəti bu böyük fəlakətdən qorumaq üçün səy göstərməyi hər kəsin vəzifəsi bilirik” kimi fətva verməsinə baxmayaraq, dünyada nüvə silahı da daxil olmaqla, kütləvi qırğın silahlarının ən böyük arsenalına malik olan ABŞ və sionist rejimin işləri pozması, həmçinin, müxtəlif illərdə oxşar konfransların ləğvi üçün davamlı səyləri belə bir mövzunun həyata keçirilməsinə ən mühüm maneə olmuşdur.
Əslində, ABŞ və bəzi Avropa ölkələrinin sionist rejimi dəstəkləyən təsir aktları regionda bu məqsədə çatmaq üçün əsas maneə kimi hesab olunmalıdır.
Aydındır ki, Yaxın Şərqdə kütləvi qırğın silahlarından azad zonanın yaradılması sionist rejiminin beynəlxalq hüquqla bağlı bütün müvafiq sənədlərə qoşulmasını tələb edir. Ən əsası, bu rejim də ilkin şərt olmadan NPT-yə qoşulmalı, bütün nüvə obyektlərini və fəaliyyətlərini Beynəlxalq Atom Enerjisi Agentliyinin hərtərəfli nəzarəti altına qoymalıdır. Bəs Amerika və onun bölgədəki müttəfiqi uşaq qatili olan sionist rejim, Yəməndə, Suriyada, İraqda və digər bölgələrdə insan haqlarının pozulmasının, insanlığa qarşı cinayətlərin başçıları və regionda terrorizmin əsas dəstəkçilərinin cövlan etməsi ilə nüvə silahlarından azad Yaxın Şərq və insanların təhlükəsiz dünyaya çatması ümidi ilğıma çevrilməyəcəkmi?
Sizin rəyiniz