İRNA-nın bazar ertəsi “Səma” Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, Hazim Qasim bildirib ki, sionist rejimin Suriyaya hücumu bu rejimin terrorizm və zorakılıq hərəkətlərini göstərir.
Qasım əlavə edib: “Bu təcavüz Fələstin xalqının hüquqlarının pozulması ilə yanaşı həyata keçirilib.”
HƏMAS-ın mətbuat katibi vurğulayıb: “Bütün İslam ümməti sionist rejimin təcavüzləri ilə mübarizə aparmaq və onları dayandırmaq üçün birlik nümayiş etdirməlidir. Çünki sionist rejim bütün İslam ümmətinin əsas düşmənidir.”
Suriyanın rəsmi mənbələri bazar ertəsi səhər saatlarında sionist rejimin Dəməşq ətrafına hücum etdiyini və indiyədək 4 nəfərin həlak olmasını xəbər verdilər.
Xəbərə əsasən, bu hücumda daha 4 suriyalı əsgər də yaralanıb.
Suriyanın hərbi mənbəsi bu ölkənin SANA rəsmi xəbər agentliyinə açıqlamasında deyib: “Bazar ertəsi yerli vaxtla səhər saat 2:20 radələrində İsrail işğal altında olan Qolandan bir neçə raketlə Dəməşq ətrafındakı bəzi mərkəzlərə hücum etdi. Ordunun hava hücumundan müdafiəsi düşmən raketlərini izləyərək onların bir qismini məhv etdi.”
Adı açıqlanmayan hərb mənbə bu hücum nəticəsində 4 suriyalı əsgərin şəhid olduğunu, 4-nün yaralandığını və bəzi mərkəzlərə maddi ziyan dəydiyini bildirib.
Sizin rəyiniz