12 avqust 2023 at 15:24
Jurnalist kodu: 5487
Xəbər kodu: 85196710
T T
0 Persons

Tags

Paşinyan: Bakı sülh üçün tarixi fürsəti pozmamalıdır

12 avqust 2023 at 15:24
Xəbər kodu: 85196710
Paşinyan: Bakı sülh üçün tarixi fürsəti pozmamalıdır

Tehran – İRNA – Ermənistanın baş naziri Laçın koridorunda davam edən blokadanın yaratdığı humanitar böhran barədə xəbərdarlıq edərək, İrəvandan Bakının tarixi sülh fürsətini pozan hərəkətlərdən çəkinməsini istədiyini açıqlayıb.

İRNA-nın Armen Press agentliyinə istinadən verdiyi məlumata əsasən, Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında bildirib ki, Ermənistan öz növbəsində Azərbaycan Respublikası ilə sülh planına sadiqdir və rəsmi Bakıdan sülhün bərqərar olması üçün tarixi fürsəti məhv edən addımlardan çəkinməsini istəyir.

Ermənistanın baş naziri bəyan edib ki, bu vəziyyətdə ən yaxşı həll yolu Laçın koridorunun qanunsuz bağlanmasının aradan qaldırılması və beynəlxalq mexanizm çərçivəsində Bakı-Stepanakert dialoquna başlamaqdır.

Bu günlərdə BMT-nin xüsusi məruzəçiləri və bu təşkilatın İnsan Hüquqları Şurasının müstəqil eksperti Azərbaycan Respublikasının ordusunun Ermənistandan Qarabağın mərkəzində olan Xankəndiyə gedən yolda Laçın dəhlizinin qarşısını kəsdiyini və bu ərazidə yaşayan erməniləri mühasirəyə aldığını bəyan edib.

Paşinyan bildirib ki, Ermənistan hökuməti iyulun 26-da Qarabağa humanitar yardım göndərmək qərarına gəlib, lakin ərzaq və dərman daşıyan 19 yük maşını Laçın dəhlizi yaxınlığındakı kənddə qalmalı olub.

Bu yük maşınlarının 360 tondan çox ərzaq və dərman yardımı daşıdığını vurğulayan nazir əlavə edib ki, onların içindəkilər Ermənistandakı nüfuzlu xarici diplomatlar tərəfindən təsdiqlənib və hər an yük maşınları yoxlanılaraq yenidən təsdiqlənə bilər.

Ermənistan, Rusiya və bəzi Qərb ölkələri, o cümlədən Fransa, Amerika və Avstriya Azərbaycan Respublikasından Laçın-Xankəndi yolunun açılmasını və Qarabağda yaşayan erməni əhalinin mühasirəsinə son qoyulmasını istəsə də, Azərbaycan Respublikası hələ də bu istəklərə aydın cavab verməyib. Bu məsələ, son aylar ərzində Bakı ilə İrəvan arasında sülh danışıqlarına ciddi maneələrdən biri olub.

Ermənistanın baş naziri bəyan edib ki, humanitar yardım karvanının hərəkətinin qarşısının alınması Azərbaycanın Dağlıq Qarabağ ermənilərinə qarşı soyqırım törətmək istəməsi ilə bağlı narahatlığı daha da artırır.

Paşinyanın sözlərinə görə, beynəlxalq ekspert dairələrində belə fikirlər səslənir ki, Azərbaycanın Laçın koridorunu qeyri-qanuni şəkildə bağlaması nəticəsində Qarabağda humanitar böhranın yaradılması istiqamətində apardığı siyasət BMT-nin 1948-ci il 9 dekabr tarixli Soyqırımı Konvensiyası prizmasından araşdırıla bilər.

O, Laçın dəhlizinin bağlanması nəticəsində yaranan humanitar böhranı beynəlxalq qiymətləndirmə tələb edən səviyyəyə çatdığını bildirərək deyib: “Xüsusilə Azərbaycan Respublikası Beynəlxalq Cinayət Məhkəməsinin 22 fevral və 6 iyul tarixli “insanların, malların və avtomobillərin bu dəhlizdən keçməsini təmin etmək” barədə qərarlarını hələ də icra etmir”.

Bundan əvvəl Ermənistan hökuməti rəsmi Bakının “sərhəd rayonlarında münaqişələr yaratmaq, Qarabağın mərkəzində erməni əhalisini mühasirəyə almaq və Qarabağın idarə olunmasının qeyri-müəyyənliyi səbəbindən humanitar böhranın yaranması” hərəkətlərini, iki ölkə arasında sülh danışıqlarının çıxılmaz vəziyyətə düşməsi və dayandırmasının əsas səbəbi adlandırmışdı.

Sizin rəyiniz

You are replying to: .