14 avqust 2023 at 21:11
Jurnalist kodu: 5487
Xəbər kodu: 85199165
T T
0 Persons

Tags

İranın ən yeni ballistik raketi Rusiyada sərgilənib

14 avqust 2023 at 21:11
Xəbər kodu: 85199165
İranın ən yeni ballistik raketi Rusiyada sərgilənib

Moskva - İRNA - Əbabil ballistik raketi ilk dəfə 2023-cü il Rusiyada keçrilən hərbi sərgidəki İran İslam Respublikasının stendində nümayiş etdirilib.

Zahirdə SEPAH-ın Aerokosmik Qüvvələrinin Zuheyr raketinə bənzəyən bu raket, 86 kilometr mənzilə malikdir.

Raketin xarakteristikası; uzunluğu 3,7 m, ağırlığı 240 kq olan Əbabil raketinin döyüş başlığı 45 kq-dır.

Bu raket həm də üzərinə yerüstü optik axtarış cihazı quraşdırılma qabiliyyətinə malikdir.

 Bu gün səhər Moskva yaxınlığında Patriot parkında Rusiyanın “ARMY 2023” adlı hərbi sərgisi başlayıb və İİR-nın müdafiə sənayesi də bu sərginin əsas iştirakçılarından biridir.

0 Persons

Sizin rəyiniz

You are replying to: .