İRNA-nın Neft Nazirliyinə istinadən verdiyi məlumata görə, Cavad Ovci dünən (14 avqust) İranın enerji istehlakı və səmərəliliyinin optimallaşdırılması üzrə beynəlxalq konfrans və sərginin açılış mərasimində bu gün neft sənayesinin ölkənin ən mühüm sənaye sahələrindən biri olduğuna diqqət çəkərək deyib: “Ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi bu nazirliyin öhdəsinədir və ölkə enerjisinin 95 faizi neft hesabına təmin edilir. Qaz və neft məhsullarının balanssızlığı məsələsi istehsalın artırılması və istehlakın optimallaşdırılmasını özündə ehtiva edən mühüm kateqoriyadır. 13-cü hökumətdə İslami Şura Məclisinin dəstəyi ilə neft və qaz hasilatını artırmaq üçün yaxşı proqram hazırlanıb.”
Neft naziri qeyd edib ki, bu gün ölkədə neft hasilatını 3 milyon 190 min barelə çatdırmışıq, 1 milyard kubmetr qaz hasil edilir və neft hasilatı gücü sutkada 3 milyon 850 min bareldir.
Ötən il yarımçıq qalmış neft layihələrindən 15 milyard dollar istifadə edildiyini vurğulayan Ovci, bu il də 12 milyard dollar dəyərində yarımçıq qalmış layihələrin istifadəyə veriləcəyini və bunun qaz, neft və neft məhsullarının istehsalını artırmağa kömək edəcəyini bildirib.
O deyib: “Bu layihələr arasında ölkənin qaz emalı gücünə 50 milyon kubmetr əlavə edən Cənubi Pars neft emalı zavodunun 14-cü fazası fəaliyyətini qeyd etmək olar.”
Neft naziri Abadan neft emalı zavodunun inkişaf planının 2-ci mərhələsinin fəaliyyətinə işarə edərək deyib: “Bu layihədən istifadə etməklə, Abadan neft emalı zavodunun gücünə və ölkənin neft emalı gücünə 210 min barel əlavə edilib. Qaz toplanması sahəsində NGL 3200 layihəsi istifadəyə verilmişdir.
Bu günlərdə 20 il kağız üzərində qalmış Cənubi Parsın 11-ci fazasını işə salmağa hazırıq. Yaxın vaxtlarda Prezidentin iştirakı ilə istifadəyə veriləcək. Digər layihələr də gündəmdədir.”
Nazir əlavə edib ki, ölkədə neft-qaz hasilat potensialının artmasına baxmayaraq, istehlak sektorunda da optimallaşdırma aparılmalıdır.
Hazırkı inqilabçı hökumətdə və parlamentdə yaxşı qərarların qəbul edildiyinə də toxunan Neft naziri bildirib ki, 12-ci maddə 2013-cü ildən təsdiq edilib, amma investor üçün stimul yaratmadı. Bununla bağlı İslami Şura Məclisində çoxlu iclaslar keçirildi və neft sənayesi ekspertlərinin fikirlərindən yararlanaraq bu qanunda dəyişikliklər edildi.
Əgər istehlakı optimallaşdırmaqda yaxşı işlənilsə, enerji balanssızlığının çoxunun kompensasiya olunacağını diqqətə çatdıran Ovci deyib: “İqtisadi Şurada müxtəlif sektorlarda optimallaşdırma üçün 36 milyard dollarlıq layihələrimiz var. Həmçinin, 2023-cü ilin büdcə qanununda optimallaşdırma hesabı formalaşdırılıb. Bu qanuna əsasən, biz yanacağa qənaət edən yerdən ya eyni yanacağı və ya onun ekvivalentini FOB Fars körfəzi qiymətində investora çatdırmalı və investor üçün stimul yaratmalıyıq.”
Sizin rəyiniz