15 avqust 2023 at 14:01
Jurnalist kodu: 5487
Xəbər kodu: 85199918
T T
0 Persons

Tags

Məhkəmə orqanları Azərbaycan səfirliyinə hücum edən şəxsə ən ağır cəza veriləcəyini bildirib

Tehran - İRNA - İranın Xarici İşlər naziri Azərbaycan səfirliyinə hücumla bağlı məhkəmə işinə toxunaraq deyib: “Prokurorluğun müvafiq orqanlarının bizə bildirdiklərinə görə, günahı olan hər hansı bir şəxs üçün ən ağır cəza verilməsi məhkəmə sisteminin vacib bildiyi hökmlərdən biridir.”

İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan bu gün jurnalistlərə görüşündə deyib: “Bu yaxınlarda Bakıya səfərim zamanı Azərbaycan Respublikasının möhtərəm Prezidenti ilə görüşümdə bütün anlaşılmazlıqları, problemləri, hətta iki ölkənin birgə əməkdaşlığının əsaslarını və ümumi cəhətlərini nəzərdən keçirdik.”

Əmir Abdullahiyan Azərbaycan Respublikasının səfirliyinə hücumun şəxsi qisas məqsədi daşıdığını bir daha xatırladaraq deyib: “İstənilən ölkədə diplomatik nümayəndəliklərin və yerlərin təhlükəsizliyinə görə məsuliyyət ev sahibi ölkənin üzərinə düşdüyünü qəbul edirk. Bu işdə heç bir nöqsan olmayıb. Amma hər halda bu hadisə baş verib.”

Xarici İşlər naziri bildirib: “Mən cənab Əliyevə İraqda, Əfqanıstanda, İngiltərədə, hətta Çində iranlı diplomatların şəhid olmasını izah etdim. Bundan əlavə, bütün bu ölkələr beynəlxalq konvensiyalara uyğun olaraq məsuliyyət daşıyırlar, amma belə hadisələr baş verəndə bu, ölkələri səfirliklərini bağlamaq istəyinə vadar etmir.”

Məlum hadisə ilə bağlı İran məhkəmə sisteminin gördüyü işlərə toxunan Xarici İşlər naziri vurğulayıb: “Bizim məhkəmə sistemi bu məsələni diqqətlə araşdırıb. Son günlər bizim məhkəmə heyəti də Bakıya səfər edib. Məhkəmə qrupumuzun araşdırmasının bir hissəsi Tehranda tamamlanmalı idi və bu mərhələ 40 gün əvvəl tamamilə başa çatdı. Mən Bakıya səfərim zamanı bu ölkənin yüksək səviyyəli rəsmisinə bu barədə məlumat vermişəm.

Təhqiqatın ikinci hissəsi Bakıda olan amillər və şəxslərdən daha ətraflı araşdırma tələb edirdi. Məhkəmə heyətimiz həm səfər zamanı, həm də Azərbaycan məhkəmə sistemi ilə qarşılıqlı əlaqədə işin bu mərhələsini həyata keçirdi.”

Xarici İşlər naziri daha sonra deyib: “Ümid edirik ki, tezliklə bununla bağlı məhkəmə qərarını görəcəyik. Məhkəmə sistemi İslam Respublikasında müstəqil bir qurumdur. Amma müvafiq prokurorluq rəsmilərinin bizə bildirdiklərinə əsasən, İran İslam Respublikasında diplomatların və diplomatik yerlərin təhlükəsizliyi ilə bağlı məhkəmə sistemində yüksək həssaslıq və diqqət var. Günahı olan hər hansı bir tərəf üçün ən ağır cəza verilməsi məhkəmə sisteminin vacib bildiyi hökmlərdən biridir.

Ümid edirik ki, məsələ ilə bağlı qərardan sonra Tehranla Bakı arasında münasibətlərin mümkün qədər inkişaf etdirilməsi üçün növbəti addımlar atılacaq.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .