15 avqust 2023 at 16:23
Jurnalist kodu: 5487
Xəbər kodu: 85200074
T T
0 Persons

Tags

İranın yüksək səviyyəli iqtisadi heyəti Türkiyəyə səfər edib

15 avqust 2023 at 16:23
Xəbər kodu: 85200074
İranın yüksək səviyyəli iqtisadi heyəti Türkiyəyə səfər edib

Tehran - İRNA - Xarici İşlər nazirinin iqtisadi diplomatiya üzrə müavininin başçılıq etdiyi iqtisadi heyət Türkiyəyə səfər edib, bu ölkənin hökumət rəsmiləri ilə görüşərək ticarət və iqtisadi əlaqələrin gücləndirilməsi barədə müzakirələr aparıb.

İRNA-nın məlumatına görə, Xarici İşlər nazirliyinin iqtisadi diplomatiya üzrə müavini Mehdi Səfəri Türkiyə Xarici İşlər nazirinin müavini Əhməd Yıldızla görüşündə iki ölkə arasında ticarət, iqtisadiyyat, investisiya, nəqliyyat və tranzit, sərhəd ticarəti və enerji kimi müxtəlif sahələrdə əməkdaşlığı nəzərdən keçirərək, iki ölkənin yüksək səviyyəli rəsmiləri tərəfindən hədəflənən 30 milyard dollar məbləğində iki ölkə arasında ticarət əlaqələrinin inkişafı üçün mövcud maneələrin aradan qaldırılmasını vurğulayıb.

Türkiyə Xarici İşlər nazirinin müavini də iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin əhəmiyyətini vurğulayaraq, Türkiyə tərəfinin birgə iclasları və xüsusilə də Birgə İqtisadi Komissiyanın iclasının keçirilməsini sürətləndirməyə hazır olduğunu bildirib.

Səfəri iki ölkə arasında maliyyə-iqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlı Türkiyə Respublikasının Maliyyə və Xəzinə nazirinin müavini Osman Çelik ilə də görüşüb və söhbət edib.

Görüşdə Xarici İşlər Nazirliyinin iqtisadi diplomatiya üzrə nazir müavini iki ölkə arasında mədəni və tarixi ortaqlıqları vurğulayaraq, iki ölkə arasında ticari və iqtisadi əməkdaşlığın asanlaşdırılmasını və inkişaf etdirilməsini tərəflərin ölkə liderlərinin ciddi iradəsi və tövsiyəsi kimi qiymətləndirib və əlavə edib: Bizim səyimiz müxtəlif sahələri araşdırmaq, maneələri müəyyən etmək və iki ölkə arasında qarşıya qoyulan ticari və iqtisadi məqsədlərə nail olmaq üçün praktiki həllər təqdim etməkdir.

Türkiyənin Maliyyə və Xəzinə nazirinin müavini Osman Çelik ölkəmizin iqtisadi nümayəndə heyətinin Ankarada olmasını yüksək qiymətləndirərək vurğulayıb: 2022-ci ilin yayında Tehranda iki ölkə arasında Əlaqələr Ali Şurasının iclasında əldə olunmuş razılaşmalara və iki ölkə prezidentlərinin tövsiyələrinə uyğun olan praktiki inkişaf əlaqələrimiz var.

Ankaraya səfər etmiş iqtisadi nümayəndə heyətinin tərkibində Mərkəzi Bank, Sənaye və Mədən Nazirliyi, Kənd Təsərrüfatı Cihad Nazirliyi və Neft Nazirliyinin nümayəndələri iştirak edir.

0 Persons

Sizin rəyiniz

You are replying to: .