15 avqust 2023 at 16:46
Jurnalist kodu: 5487
Xəbər kodu: 85200126
T T
0 Persons

Tags

Çin: İranla hərbi əməkdaşlığı genişləndirməyə çalışırıq

15 avqust 2023 at 16:46
Xəbər kodu: 85200126
Çin: İranla hərbi əməkdaşlığı genişləndirməyə çalışırıq

Moskva - İRNA - Çinin Müdafiə naziri deyib: “Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələr, o cümlədən İranla hərbi əməkdaşlığı genişləndirmək niyyətindəyik.”

İRNA müxbirinin verdiyi məlumata görə, çərşənbə axşamı Moskvada keçirilən 11-ci Beynəlxalq Təhlükəsizlik Konfransında çıxış edən Li Şanqfu ŞƏT-in müşahidəçi üzvü olan Belarusla da əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.

L. Şanqfu Çinin həmçinin silahlara nəzarət və nüvə silahlarının yayılmaması sahələrində beynəlxalq əməkdaşlığı genişləndirəcəyini bildirib.

Pekin-Moskva hərbi əlaqələrinə toxunaraq Çinin Müdafiə naziri Rusiya ilə Çin arasında hərbi sahədə münasibətlərin başqa ölkələrə qarşı olmadığını da diqqətə çatdırıb.
O, bəzi qərb ölkələrini Tayvan məsələsində hərəkətlərinə görə tənqid edərək deyib: “Tayvan məsələsində “odla oynamaq” və ondan Çini cilovlamaq üçün istifadə etmək cəhdi uğursuzluğa məhkumdur.”

Şanqfu daha sonra Çinin Ukrayna böhranını həll etmək səylərini xatırladaraq deyib: “Çin hökuməti bir çox beynəlxalq münaqişələrin və problemlərin, o cümlədən Ukrayna böhranının həlli üçün sülh danışıqlarını davam etdirəcək.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .