İRNA-nın Sputnik xəbər agentliyinə istinadla çərşənbə günü verdiyi xəbərə görə, İranın Səudiyyə Ərəbistanındakı səfiri Əli Rza İnayəti deyib: İran Səudiyyə Ərəbistanı ilə ikitərəfli münasibətlərdə iqtisadi sektoru möhkəmləndirməyə çalışır.
O əlavə edib: İran və Səudiyyə Ərəbistanı arasında müştərək komitənin yaradılması razılaşdırılıb. Bu komitənin yaradılması mövcud məhdud ticarəti daha yüksək səviyyəyə çatdıra biləcək əlaqələr üçün yol xəritəsidir.
Bu iranlı diplomat həmçinin vurğulayıb: İran və Səudiyyə Ərəbistanı arasında əlaqələrin bərpası fonunda mövcud olan fürsət iki ölkə və region üçün çoxlu şanslar yaradacaq.
Dialoq vasitəsilə konstruktiv yolun seçilməsinin zəruriliyini vurğulayan İnayəti region ölkələrinin əməkdaşlığını möhkəmlədəcəklərinə və region ölkələrinin münasibətlərini pozmaq istəyən xarici güclərə əhəmiyyət verməyəcəklərinə tam əminliyini ifadə edib.
İRNA-nın məlumatına görə, İİR və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri Hüseyn Əmir Abdullahiyan və Feysəl bin Fərhan 7 ildən sonra, bu il aprelin 6-da Pekində rəsmi görüşüb və söhbət ediblər. Onlar siyasi və diplomatik əlaqələrin bərpası üçün səfirlik və konsulluqların yenidən açılmasının mümkün qədər tez icra olunması barədə birgə bəyanat veriblər.
Sizin rəyiniz