18 avqust 2023 at 16:54
Jurnalist kodu: 5487
Xəbər kodu: 85202711
T T
0 Persons

Tags

Xoy zəlzələsində zədələnmiş 750 yaşayış binasının bərpası başa çatıb

Urmiya - İRNA - Qərbi Azərbaycan İslam İnqilabı Mənzil Fondunun baş direktoru Xoyda tikilməkdə olan 2000-dən çox yaşayış binasının dam örtüyünün tamamlandığını bildirərək deyib: “Həmçinin qəzalı vəziyyətdə olan 750 yaşayış binasının yenidən qurulması başa çatdırılıb.”

Cəfər Bərzəgər cümə axşamı İRNA müxbirinə verdiyi açıqlamada zədələnmiş evlərin yenidən qurulmasında son irəliləyişlər haqda deyib: “Bu şəhərdə baş verən 4 güclü zəlzələdə zədələnmiş 3220 mənzildən 96 faiz tikinti obyektlərində xətlərin çəkilişi və təməl qoyulma əməliyyatı başa çatdıqdan sonra yenidənqurma işlərinə başlanılıb.

Həmçinin, 90%dən çoxu zədələnmiş 2821 mənzilin bünövrənin icrası başa çatdırılıb.

2600 yaşayış binasının çərçivəsi quraşdırılıb, 2000-dən çox yaşayış binasının dam örtüyü tamamlanıb və 750 yaşayış binası hazırlanaraq əhalinin istifadəsinə verilib.”

Qərbi Azərbaycan İslam İnqilabı Mənzil Fondunun baş direktoru zəlzələdən zərər çəkənlərə hökumətin təsdiq etdiyi qrantlar və bank imkanlarına da toxunaraq deyib ki, 28 yanvar Xoy zəlzələsində Qərbi Azərbaycan valiliyinin dəstəyi və izləməsi ilə hökumət şurası tərəfindən təsdiq edilmiş qrant və vəsaitlərin 50%i ayrılaraq zərər çəkmiş mənzil sahiblərinin bank hesablarına köçürülüb.

0 Persons

Sizin rəyiniz

You are replying to: .