19 avqust 2023 at 18:24
Jurnalist kodu: 5487
Xəbər kodu: 85203839
T T
1 Persons

Tags

İmam Hüseynin (ə) zəvvarlarına hansı savablar verilir?

19 avqust 2023 at 18:24
Xəbər kodu: 85203839
İmam Hüseynin (ə) zəvvarlarına hansı savablar verilir?

Tehran - İRNA - İmam Sadiq (ə) buyurdu: “Əgər insanlar İmam Hüseynin (ə) ziyarətində hansı xeyir və bərəkətin olduğunu bilsəydilər, bütün mal-dövlətlərini ziyarət üçün sərf edərdilər.”

Mütəal Allah həzrət Əba Abdullah Hüseyn (ə) sevgisini mömin insanların qəlbində yerləşdirmişdir.

İmam Sadiq (ə) buyurur:

مَنْ أَرَادَ اللَّهُ بِهِ الْخَیْرَ قَذَفَ فِی قَلْبِهِ حُبَّ الْحُسَیْنِ (ع) وَ حُبَّ زِیَارَتِهِ

“Allah hər kimin xeyrini istəsə, onun qəlbinə İmam Hüseynin (ə) və onu ziyarət etməyin sevgisini salar.”

Elə ki, İmama qarşı bu eşq və sevgi gəldi insanın qəlbində İmamı ziyarət etmək eşqi alovlanır. Mərifət və tanımaqla yanaşı olan ziyarət həyata keçdikdə, ilahi savab və mükafatlar İmam Hüseyn (ə) zəvvarının cisminə və ruhuna axır.

İmam Kazim (ə) buyurur:

أَدْنَی مَا یُثَابُ بِهِ زَائِرُ أَبِی عَبْدِ اللَّهِ (ع) بِشَطِّ الْفُرَاتِ إِذَا عَرَفَ حَقَّهُ وَ حُرْمَتَهُ وَ وَلَایَتَهُ أَنْ یُغْفَرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ وَ مَا تَأَخَّرَ

“Fərat çayının sahilində İmam Hüseyni (ə) ziyarət edən şəxsə verilən ən az savab budur ki, onun keçmiş və indiki günahları bağışlanar, bir şərtlə ki, onun haqqını, hörmətini və vilayətini tanısın.”

İmam Baqir (ə) buyurdu:

لَوْ یَعْلَمُ النَّاسُ مَا فِی زِیَارَةِ الْحُسَیْنِ (ع) مِنَ الْفَضْلِ لَمَاتُوا شَوْقاً وَ تَقَطَّعَتْ أَنْفُسُهُمْ عَلَیْهِ حَسَرَاتٍ

“Əgər insanlar İmam Hüseyni (ə) ziyarət etməyin nə qədər fəzilət və savabı olduğunu bilsəydilər, onun şövqündən ölərdilər, həsrətdən nəfəsləri kəsilərdi.”

Ravi deyir ki, İmamdan bunun nə qədər savabı olduğunu soruşdum. Həzrət buyurdu: “Hər kəs şövqlə İmam Hüseyni (ə) ziyarət etsə:

1. Allah onun üçün qəbul olunmuş min həccin;

2. Qəbul olunmuş min ümrənin;

3. Bədr şəhidləri kimi min şəhidin;
4. Min nəfər oruc tutanın;

5. Allah yolunda min qul azad etməyin savabını yazar.”

İmam Baqir (ə) buyurdu:

مُرُوا شِیعَتَنَا بِزِیَارَةِ قَبْرِ الْحُسَیْنِ (ع) فَإِنَّ إِتْیَانَهُ یَزِیدُ فِی الرِّزْقِ وَ یَمُدُّ فِی الْعُمُرِ وَ یَدْفَعُ مَدَافِعَ السُّوءِ وَ إِتْیَانَهُ مُفْتَرَضٌ عَلَی کُلِّ مُؤْمِنٍ یُقِرُّ لَهُ بِالْإِمَامَةِ مِنَ اللَّهِ

“Şiələrimizə İmam Hüseynin (ə) qəbrini ziyarət etməyi əmr edin. Çünki onu ziyarət etmək:

1. Ruzini artırır;

2. Ömrü uzadır;

3. Bəla və pislikləri dəf edir.”

Sonra həzrət buyurdu: “İmam Hüseyni (ə) ziyarət etmək, onun Allah tərəfindən imam olduğuna etiqad bəsləyən hər mömin üçün vacibdir.”

İmam Sadiq (ə) buyurdu:

زَائِرُ الْحُسَیْنِ (ع) مُشَفَّعٌ یَوْمَ الْقِیَامَةِ لِمِائَةِ رَجُلٍ کُلُّهُمْ قَدْ وَجَبَتْ لَهُمُ النَّارُ مِمَّنْ کَانَ فِی الدُّنْیَا مِنَ الْمُسْرِفِینَ

“İmam Hüseynin (ə) zəvvarı Qiyamət günü yüz nəfərə şəfaət edər, hansı ki, onlara cəhənnəm odu vacib olmuşdu və dünyada israf edənlərdən idilər.”

İmam Sadiq (ə) buyurdu:

إِنَّ اللَّهَ وَکَّلَ بِقَبْرِ الْحُسَیْنِ أَرْبَعَةَ آلَافِ مَلَکٍ

Allah-Təala İmam Hüseynin (ə) qəbri üçün dörd min mələk təyin etmişdir

کُلُّهُمْ یَبْکُونَهُ

O mələklərin hamısı onun üçün ağlayırlar

وَ یُشَیِّعُونَ مَنْ زَارَهُ إِلَی أَهْلِهِ

Həzrətin zəvvarlarını evlərinə çatana qədər müşayiət edirlər

فَإِنْ مَرِضَ عَادُوهُ

Xəstələnsələr, onlara baş çəkirlər.

وَ إِنْ مَاتَ حَضَرُوا جَنَازَتَهُ بِالاسْتِغْفَارِ لَهُ وَ التَّرَحُّمِ عَلَیْه

Vəfat etsələr, onların cənazəsinin yanına gəlir, onlar üçün bağışlanma və rəhmət diləyirlər.”

İmam Sadiq (ə) buyurur:

وْ یَعْلَمُونَ مَا فِی زِیَارَتِهِ مِنَ الْخَیْرِ وَ یَعْلَمُ ذَلِکَ النَّاسُ لَاقْتَتَلُوا عَلَی زِیَارَتِهِ بِالسُّیُوفِ وَ لَبَاعُوا أَمْوَالَهُمْ فِی إِتْیَانِه

“Əgər insanlar İmam Hüseynin (ə) ziyarətində hansı xeyir və bərəkətin olduğunu bilsəydilər, ziyarətə getmək üçün bir-biri ilə vuruşar və bütün var-dövlətlərini ziyarət üçün sərf edərdilər.”

Sizin rəyiniz

You are replying to: .