Çərşənbə günü İRNA müxbirinə açıqlama verən Məhəmməd Rezayi bildirib ki, hazırda Tamarçin sərhəd-buraxılış məntəqəsində zəvvarların qəbulu üçün 38 qapı quraşdırılıb. Onlardan 30-u həyətdə, 8-i isə terminal zalının daxilində yerləşir.
M. Rezayi vurğulayıb: “Bu sərhəd-buraxılış məntəqəsində zəvvarların sürətli qəbulu üçün lazımi infrastruktur yaradılıb. Buraxılış məntəqəsində qarşılama xidmətləri həyata keçirən mokəblərlə yanaşı xilasetmə maşınları, fövqəladə hallar xidmətləri, polis qüvvələri və xidmətləri də fəaliyyət göstərir. Zəvvarların rahatlığı üçün 72 sanitar qovşağı da nəzərdə tutulub.”
Piranşəhrdəki Tamarçin sərhəd terminalının direktoru bunu da qeyd edib ki, bu il görülən tədbirlərlə sərhəddə sutka ərzində zəvvarlar qəbul ediləcək. Terminalda qəbul zabitləri və polis əməkdaşları növbəli şəkildə fəaliyyət göstərir. Ona görə də zəvvarlara 24 saat boyunca xidmət göstərmək imkanı yaranmışdır. Yaxın iki gün ərzində sərhəd-buraxılış məntəqəsinin yaxınlığında səhra xəstəxanası yaradılacaq ki, hər zəvvarın müalicəyə ehtiyac duyarsa, tez bir zamanda tibbi xidmətlərdən yararlana bilsin.
M. Rezayi deyib: “Bu il Tamarçin sərhəd-buraxılış məntəqəsindən yerli zəvvarların, hətta başqa terminallardan səfər etmək üçün qeydiyyatdan keçənlərin buraxılması ilə yanaşı, Türkiyə, Azərbaycan və Qafqaz ölkələrindən olan zəvvarların Piranşəhrin Tamarçin sərhəd-buraxılış məntəqəsindən gediş-gəlişi üçün tədbirlər görülüb.
Sizin rəyiniz