İRNA-nın bu gün (cümə axşamı) “AZƏRTAC”-a istinadən verdiyi məlumata əsasən, Ermənistanın Baş naziri hökumətin iclasında ölkəsinin Azərbaycan Respublikasına yeni sülh təklifini təqdim etdiyini açıqlayıb.
Bu xəbərə görə, Nikol Paşinyan Azərbaycan tərəfinə yeni sülh təklifi təqdim etməsi xəbərini açıqlayarkən deyib: “Ermənistanın sülh gündəliyinə sadiqliyini vurğulamaq istəyirəm. Sizə bildirməliyəm ki, biz Azərbaycan tərəfinə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı yeni təklifimizi göndərmişik.”
Azərbaycan mətbuatı hələ ki, Ermənistanın təqdim etdiyi sülh təklifinin təfərrüatlarını dərc etməyib və ölkənin hakimiyyət orqanları da bu təklifə reaksiya verməyib.
Azərbaycan və Ermənistanın hakimiyyət orqanları dəfələrlə bir-birlərini beynəlxalq ictimaiyyətin sülh təşəbbüslərinə və iki ölkə arasında 30 ildən artıqdır davam edən Qarabağ münaqişəsinin həllinə mane olmaqda ittiham ediblər.
Qarabağ bögəsi Azərbaycan Respublikasının daxilində yerləşir, lakin 1994-cü ildə müharibənin başa çatmasından sonra Ermənistan silahlı qüvvələrinin işğalında qalıb. 2020-ci ilin payızında başlanan müharibə zamanı onun böyük bir hissəsi azad edildi. Rusiya-Azərbaycan-Ermənistan arasında üçtərəfli atəşkəs sazişinin imzalanması ilə Qarabağın mərkəzi olan Xankəndinin statusu qaranlıq qaldı.
Xankəndi ilə Ermənistan ərazisi arasında Laçın şəhərindən keçən dəhliz və Azərbaycan Respublikası ərazisinin şərq hissəsindən Naxçıvan istiqamətində gedən Zəngəzur yolunun yaradılması ilə bağlı mübahisələr, habelə Qarabağın ermənilər yaşayan bölgələrinin idarə olunması haqda vəziyyətin qeyri-müəyyənliyi son üç ildə iki ölkə arasında sülhə mane olan məsələlərdən biri olub.
Ermənistanın Azərbaycanın əsas və şərq hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında keçidin yaradılmasına razılıq verməməsi Bakının Qarabağda yaşayan ermənilərin Laçın dəhlizindən keçidinin qarşısını almasına və Ermənistanın qarşı çıxdığı alternativ yol təklif etməsinə səbəb oldu.
Sizin rəyiniz