29 avqust 2023 at 13:13
Jurnalist kodu: 5487
Xəbər kodu: 85214489
T T
0 Persons

Tags

Asiya Dialoq Forumunun baş katibi Əmir Abdullahiyanla görüşüb

29 avqust 2023 at 13:13
Xəbər kodu: 85214489
Asiya Dialoq Forumunun baş katibi Əmir Abdullahiyanla görüşüb

Tehran - İRNA - Xarici İşlər naziri Asiya Dialoq Forumunun ( ADF ) Baş katibi Pornçay Danvivatananın onunla görüşündə Baş katibə göstərdiyi səylərə görə təşəkkür edib və onu əmin edib ki, İran İslam Respublikası qarşıdakı sədrlik dövründə əməkdaşlığı inkişaf etdirmək və Assambleyanın məqsədlərinə nail olmaq üçün bütün səylərini göstərəcək.

İRNA-nın məlumatına görə, bu görüşdə Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan Assambleyanın katibliyinin əməkdaşlığın irəliləyişinə dəstək rolunu vurğulayıb, İran İslam Respublikasının Küveytdə yerləşən katibliyin, eləcə də Assambleyanın Tehranda yerləşən mədəni əməkdaşlıq mərkəzinin gücləndirilməsinə kömək etməyə hazır olduğunu açıqlayıb.

Görüşdə Asiya Dialoq Forumunun (ADF) Baş katibi bu forumun fəaliyyəti haqqında hesabat təqdim edib, ölkəmizin Xarici İşlər nazirinə Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının iclası çərçivəsində keçiriləcək xarici işlər nazirlərinin iclasının hazırlanması mexanizmi haqda məlumat verib.

Qeyd edək ki, bu iclasdan sonra İran İslam Respublikasının ADF-yə bir illik sədrliyi başlayacaq.

Görüşdə Purnçay Danvivatana İran İslam Respublikasının sədrliyi dövründə Assambleyanın 10 illik baxış sənədinin həyata keçirilməsi də daxil olmaqla, təsirli tədbirlərin görüləcəyinə ümidvar olduğunu bildirib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .