31 avqust 2023 at 20:05
Jurnalist kodu: 5487
Xəbər kodu: 85216960
T T
0 Persons

Tags

İran-Azərbaycan velosiped turu; Səfərzadə qızıla yiyələndi

31 avqust 2023 at 20:05
Xəbər kodu: 85216960
İran-Azərbaycan velosiped turu; Səfərzadə qızıla yiyələndi

Tehran - İRNA - İran-Azərbaycan velosiped turunun final mərhələsi təbrizli velisipedçinin çempionluğu ilə başa çatdı.

İRNA-nın məlumatına görə, İran- Azərbaycan turunun 36-cı turu bu gün səhər saat 9-da Səreyndə 71 velosipedçinin iştirakı ilə başladı və iştirakçılar Ərdəbildən Təbrizə qədər 197,9 km-lik yolu qət etdilər.

Bu mərhələnin sonunda China Hotel komandasından Səid Səfərzadə çempionluq qazandı, Malayziyanın Teranqo şəhərindən olan Anatoli Budyak ikinci oldu, Qazaxıstanın Almatı şəhərindən olan Antoni Kuzmin üçüncü pillədə dayandı. Qazaxıstanın Almatı şəhərindən olan Radolf Remxi də ən yaxşı gənc velosipedçi kimi ağ forma geyindi.

İraq velosipedçisi Məhdi Söhrabi ən üstün imtiyazlı velosipedçi kimi yaşıl köynək qazandı, China Hotel komandasından Səid Səfərzadə qırmızı köynək geyindi və dağların şahı oldu. Qızıl köynəyi isə China Hotel komandasından Səid Səfərzadə qazandı.

Bu turun beşinci mərhələsi Malayziyanın Teranqo komandasının ən yaxşı nəticə ilə birinci olması ilə başa çatdı.

İran-Azərbaycan 36-cı veloturuna 27 avqustda start verilib, 31 avqustda Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil olmaqla üç əyalətin ev sahibliyi etdiyi 15 yerli və xarici komandanın iştirakı ilə davam edir.

0 Persons

Sizin rəyiniz

You are replying to: .