12 sentyabr 2023 at 16:27
Jurnalist kodu: 5487
Xəbər kodu: 85226977
T T
1 Persons

Tags

İran Liviyanın seldən zərər çəkmiş bölgələrinin əhalisinə yardım göstərməyə hazır olduğunu açıqlayıb

Tehran - İRNA - Prezident Liviya Milli Birlik Hökumətinin Baş nazirinə müraciətiətində tufan və daşqın nəticəsində Liviyada insanlarının həlak olması, yaralanması və itkin düşməsi ilə bağlı bu ölkənin hökumətinə və xalqına başsağlığı verməklə yanaşı, İran İslam Respublikasının zərər çəkmiş bölgələrin əhalisinə yardım göstərməyə, tibbi və əczaçılıq yardımı göndərməyə hazır olduğunu açıqlayıb.

İRNA-nın hökumət sahəsi üzrə müxbirinin verdiyi məlumata görə, Ayətullah Seyid İbrahim Rəisi çərşənbə axşamı Liviyanın Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid əd-Dəbibəyə müraciətində Liviyada baş verən tufan və daşqından sonra bu ölkədə insanların həlak olması, yaralanması və itkin düşməsi ilə bağlı Liviya hökuməti və xalqına başsağlığı verməklə yanaşı, ümid etdiyini bildirib ki, hökumətin və bu ölkənin səbirli xalqının köməyi ilə tezliklə o ölkədə vəziyyətin normallaşmasının şahidi olacağıq.

Ayətullah Rəisinin Liviya Milli Birlik Hökumətinin Baş nazirinə ünvanladığı müraciətdə deyilir: “Liviyanın bəzi ərazilərində tufan və böyük və dağıdıcı daşqının baş verməsi nəticəsində bu ölkənin bəzi insanlarının ölümü, yaralanması və itkin düşməsi dərin kədərə səbəb oldu.”

Prezident həlak olanların ailələrinə başsağlığı verməklə yanaşı, İran İslam Respublikası xalqı və hökuməti adından Liviyanın Baş naziri və xalqına bu xoşagəlməz hadisə ilə bağlı başsağlığı verərək deyib: “İran İslam Respublikası hökuməti zərər çəkmiş bölgələrin əhalisinə yardım göstərməyə, tibbi və əczaçılıq yardımı və digər zəruri ehtiyacları göndərməyə hazır olduğunu bəyan edir. Ümid edirəm ki, hökumətin və bu ölkənin səbirli xalqının köməyi ilə tezliklə o ölkədə vəziyyətin normallaşacağını görəcəyik. Hadisədə həyatını itirənlərə Allahdan rəhmət və məğfirət, yaralananlara tezliklə şəfa diləyirəm.”

Həmçinin, Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan, bu ölkədə baş verən son daşqından sonra Liviya hökuməti və xalqı ilə həmdərdlik ifadə edən müraciətində yazıb: “Liviyada tufan və sel nəticəsində minlərlə insanın ölümü və yaralanması dərin kədərimizə səbəb oldu. İran İslam Respublikasının dərin hüznlə başsağlığını elan edir, Liviya hökumətinə, xalqına və həlak olanların ailələrinə başsağlığı verirəm.”

1 Persons

Sizin rəyiniz

You are replying to: .