13 sentyabr 2023 at 15:48
Jurnalist kodu: 5487
Xəbər kodu: 85228103
T T
0 Persons

Tags

Avropa İttifaqı Şurasının Prezidenti Laçın keçidinin yenidən açılmasını vurğulayıb

Tehran - İRNA - Avropa Şurasının Prezidenti bu gün Ermənistan və Azərbaycanda baş verən son hadisələrlə bağlı bəyanat verib və Ağdam-Əsgran yolunun açılmasının Laçın keçidinin yenidən açılmasına şərait yaratmalı olduğunu vurğulayıb.

İRNA-nın məlumatına görə, Ermənistanın “News” xəbər saytı bu bəyanata toxunaraq yazıb ki, ötən bir neçə gündə Şarl Mişel Ermənistanın Baş naziri və Azərbaycan Prezidenti ilə telefon danışığı aparıb və Yeni Dehlidə keçirilən G20 Sammiti çərçivəsində Türkiyə Prezidenti ilə görüşüb. Onun bu danışıqlarda məqsədinin gərginliyi azaltmaq və Qarabağ ermənilərinə humanitar yardımın çatdırılmasındakı maneəni aradan qaldırmaq üçün həll yolu tampaq olduğu bildirilib.

Bu bəyanatda Ağdam-Əsgəran yolu ilə “Rusiya humanitar yardımı”nın göndərilməsinə işarə edilərək bildirilir: “Bizim gözləntimiz ondan ibarətdir ki, (bu marşrutun açılması) yerli əhaliyə (Qarabağ bölgəsi) humanitar yardımın müntəzəm şəkildə çatdırılmasının bərpasına təkan versin.”

Mişel Qarabağ əhalisinin vəziyyətini “sürətlə pisləşən” kimi xarakterizə edərək əlavə edib: “Qarabağ ermənilərini zəruri mallarla təmin edilməsinə əmin olmaq həyati əhəmiyyət kəsb edir. Ağdam-Əsgəran yolunun açılması mühüm bir addımdır və bu, Laçın dəhlizinin yenidən açılmasını asanlaşdırmalıdır. Biz bütün maraqlı tərəfləri Laçın və Ağdam-Əsgəran yolundan istifadənin təmin edilməsində məsuliyyət və çeviklik nümayiş etdirməyə çağırırıq.”

Mişel bəyanatının sonunda Beynəlxalq Ədalət Məhkəməsinin qərarına istinad edərək, Laçın dəhlizinin yenidən açılmasının zəruriliyini bir daha vurğulayıb.

Sizin rəyiniz

You are replying to: .