15 sentyabr 2023 at 14:21
Jurnalist kodu: 5487
Xəbər kodu: 85229240
T T
0 Persons

Tags

İran və Səudiyyə Ərəbistanı ikitərəfli münasibətlərin müxtəlif aspektlərini nəzərdən keçirib

Tehran – İRNA - İran İslam Respublikasının səfiri Səudiyyə Ərəbistanı Xarici İşlər nazirinin müavini ilə görüşdə İran İslam Respublikası prezidentinin mesajını Səudiyyə Ərəbistanının kralı və vəliəhdinə çatdıraraq, Tehran və Ər-Riyad arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə edib.

İRNA-nın xarici siyasət üzrə müxbirinin verdiyi məlumata görə, Əlirza İnayəti İran İslam Respublikası prezidentinin mesajını Səudiyyə Ərəbistanının kralı və vəliəhdinə çatdıraraq, Səudiyyə Ərəbistanı Xarici İşlər nazirinin müavini Vəlid Əl-Xurəyci ilə görüşüb.

Görüşdə ölkəmizin səfiri vurğulayıb: İran İslam Respublikasının 13-cü hökumətinin prezidenti və Xarici İşlər Nazirliyinin tövsiyəsinə əsaslanan fikri Səudiyyə Ərəbistanı ilə əlaqələri inkişaf etdirməkdir və İran Səudiyyə Ərəbistanı ilə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məsələsində ciddidir.

İnayəti iki ölkə başçılarının əlaqələrin inkişafı ilə bağlı fikirlərinə toxunaraq əlavə edib: Tehran və Ər-Riyad arasında münasibətlərin inkişafı ilə bağlı iki ölkə başçılarının fikirləri icra edilməli və bu fikirlər siyasi, təhlükəsizlik, iqtisadi, ticari, idman və gənclər kimi müxtəlif sahələrdə həyata keçirilməlidir.

Ölkəmizin bu diplomatı demişdir: Xarici İşlər nazirləri arasında aparılan danışıqlarda və liderlərlə görüşdə ikitərəfli sektorlarda əməkdaşlığın müxtəlif aspektləri, sazişlərin aktivləşdirilməsi, aviareyslərin bərpası və dövlət və özəl sektorlar arasında mübadilələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Ölkəmizin xarici işlər nazirinin Səudiyyə Ərəbistanına səfəri və Hüseyn Əmir Abdullahiyanın bu ölkənin Xarici İşlər naziri Bin Fərhan və vəliəhd şahzadə Məhəmməd bin Salman ilə görüşü xüsusi vurğulanıb.

Bu görüşdə Səudiyyə Ərəbistanının Xarici İşlər nazirinin müavini Vəlid Əl-Xurəyci ölkəsinin qarşılıqlı əlaqələrin inkişafı və yüksəlişi fikrində olduğunu vurğuladı.

O dedi: Səudiyyə Ərəbistanı İranla əlaqələrin inkişaf etdirilməsi çərçivəsində hərəkət edir və iki ölkə arasında əlaqələrin aktivləşməsi ilə bağlı ortaq fikirlər mövcuddur.

Görüşdə Ayətullah Rəisinin əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi və Səudiyyə kralı Salman bin Əbdüləziz və vəliəhd şahzadə və Səudiyyə Şurasının sədri Məhəmməd bin Salmanın İrana dəvət edilməsi ilə bağlı mesajı bu ölkənin Xarici İşlər Nazirliyinə təqdim edilib.

Sizin rəyiniz

You are replying to: .