18 sentyabr 2023 at 16:16
Jurnalist kodu: 5487
Xəbər kodu: 85231891
T T
0 Persons

Tags

Rəisi Nyu-Yorkada səfərdədir; faktları aydınlaşdırmaq və münasibətləri gücləndirmək gündəmdədir

Nyu-York - İRNA - İran İslam Respublikası Prezidenti Seyid İbrahim Rəisi BMT-nin 78-ci Baş Assambleyasında iştirak etmək üçün bir neçə dəqiqə əvvəl yüksək rütbəli siyasi heyətin müşayəti ilə Nyu-Yorkun Con Kennedi Hava Limanına gəlib.

İRNA müxbirinin Nyu-Yorkdan verdiyi məlumata görə, Ayətullah Seyid İbrahim Rəisi BMT-nin 78-ci Baş Assambleyasında iştirak etmək üçün bazar ertəsi yerli vaxtla səhər saatlarında Nyu-Yorkdakı Con Kennedi hava limanına gəlib. Hava limanında onu İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Məhəmməd Səid İrəvani və İran İslam Respublikasının bir qrup diplomatı qarşılayıb.

Ayətullah Seyid İbrahim Rəisi BMT-nin 78-ci Baş Assambleyasında ikinci dəfə iştirak etmək üçün 18 sentyabr bazar ertəsi Tehran vaxtı ilə səhər saatlarında siyasi heyətin müşayəti ilə Nyu-Yorka yola düşüb. Onu hava limanından Ali Məqamlı Rəhbərin nümayəndəsi höccətül-islam Qumi, Birinci vitse-prezident Məhəmməd Müxbir, bir qrup nazir və hökumət nümayəndəsi yola salıb.

Prezident Nyu-Yorka səfərindən əvvəl İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei ilə görüşüb. Bu görüşdə Prezident səfər planı haqqında məlumat təqdim edib, İnqilabın Ali Rəhbəri lazımi tövsiyələrini verib və Prezidentə uğurlar arzulayıb.

Prezident Nyu-Yorka yola düşməzdən əvvəl verdiyi açıqlamada deyib: “İslam Respublikasının siyasətinin sütunlarından biri də dünya ölkələri və regional, trans-regional və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqədir. İran BMT-nin üzvüdür və gözləntisi odur ki, bu təşkilat dünyanın inkişafında, təhlükəsizliyində, sülh və ədalətində həlledici rol oynasın. BMT-nin qərarları hər hansı ayrı-seçkilik və ədalətsizlikdən uzaq olmalı, böyük dövlətlərin təsiri altına düşməməlidir.”

Rəisi əlavə edib: “Düşmənin media imperiyası ilə mübarizə gündəmdədir. Mən bu səfərdə hökumətlərə və millətlərə həqiqəti söyləmək üçün İran xalqının fəsahətli dili olacağam. Bu səfər zamanı ikitərəfli əlaqələr möhkəmlənəcək və Baş Assambleyada iştirak edən ölkələrin prezidentləri ilə ikitərəfli görüşlərimiz olacaq.”

Rəisi bildirib: “Bu səfər zamanı İslam Respublikasının mövqelərini izah etmək və jurnalistlərin mümkün suallarını cavablandırmaq üçün media nümayəndələri ilə görüşümüz olacaq. Habelə, siyasətçilərlə də görüş keçirəcəyik.”

Prezident vurğulayıb: “Bu səfərin xalqın hökumətə həvalə etdiyi missiyanın yerinə yetirilməsi baxımından təsirli olacağına, İnqilabın Ali Rəhbərinin fikir və mülahizələrini həyata keçirə biləcəyimizə və İran İslam Respublikasının fikirlərini izah edə biləcəyimizə ümid edirəm.”

BMT-nin Baş Assambleyasında çıxış, bəzi dövlət başçıları ilə görüş və ABŞ-da yaşayan iranlıların toplantısında çıxış bu səfərin əsas proqramlarından olacaq.

Prezident həmçinin Amerikada siyasi, ictimai, dini və media nüfuzlu qruplar və şəxslərlə görüşlərdə İran İslam Respublikasının mövqelərini izah edəcək və onların suallarını cavablandıracaq.

Baş Assambleyanın illik iclasları ən mühüm beynəlxalq tədbir kimi beynəlxalq siyasi məsləhətləşmələr üçün yaxşı fürsətdir ki, bu da dünya ölkələrinin əksər yüksək səviyyəli rəsmilərinin iştirakı ilə ikitərəfli dialoqları təmin edir.

0 Persons

Sizin rəyiniz

You are replying to: .