18 sentyabr 2023 at 16:35
Jurnalist kodu: 5487
Xəbər kodu: 85231916
T T
0 Persons

Tags

Rəşt-Astara dəmir yolunun tikintisi üzrə ticarət müqaviləsi yekunlaşmaq üzrədir - İlin sonuna qədər işə başlanılacaq

Tehran - İRNA - Ölkənin nəqliyyat infrastrukturunun tikintisi və inkişafı şirkətinin dəmir yolları, limanlar və hava limanlarının tikintisi və inkişafı üzrə direktor müavini deyib: “Rəşt-Astara dəmir yolunun tikintisi üzrə ticarət müqaviləsinin bağlanması üzrə danışıqlar 50%irəliləyib və tikintiyə bu ilin sonuna kimi başlanacaq.”

Abbas Xətibi bu gün (bazar ertəsi) İRNA-nın iqtisadyyat sahəsi üzrə müxbirinə verdiyi açıqlamada Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı danışıqların son mərhələləri haqqında deyib: “İran və Rusiya arasında Rəşt-Astara layihəsinin icrasına dair saziş imzalandıqdan sonra ölkənin nəqliyyat infrastrukturunun tikintisi və inkişafı şirkəti ticarət müqaviləsini yekunlaşdırmaq üçün Rusiya tərəfi ilə danışıqlar aparmağı öhdəsinə alıb.”

O, Rəşt-Astara dəmir yolunun tikintisi sazişinin icrası üçün onun kommersiya müqaviləsinin yekunlaşdırılmasının vacib olduğunu bildirərək deyib: “Bu ilin yazında iki ölkə arasında icra sazişi mübadiləsi aparılıb. Məlum müqavilədə layihənin maliyyələşdirilməsi Rusiya tərəfinin öhdəsinədir və onun həyata keçirilməsinə qədər ticarət müqaviləsi tamamlanmalıdır. İki ölkənin texniki qrupları arasında danışıqların davam etməsi ilə ticarət razılaşması 50%irəliləyib.”

Xətibi qeyd edib ki, ticarət müqaviləsi modeli yaxın bir neçə ay ərzində yekunlaşacaq və qarşıya qoyulan məqsədə görə, biz 2023-cü ilin sonuna qədər bu dəmir yolu layihəsinin icrasına başlayacağıq.

Ölkənin nəqliyyat infrastrukturunun tikintisi və inkişafı şirkətinin direktor müavini bildirib: “May ayının sonundan ticarət müqaviləsinin bağlanması üçün danışıqlara başlanılıb və danışıqlar mümkün qədər tez yekunlaşacaq şəkildə davam edir.”

İRNA-nın məlumatına görə, üç il ərzində tikintisi nəzərdə tutulan Rəşt-Astara dəmir yolu superlayihəsi istismara verilən ilk ildə bir milyon sərnişin və 10 milyon tona yaxın yük daşıyacaq. Buna əsasən, İrana ildə 20 milyard dollara qədər gəlir gətirə bilər.

Rəşt-Astara dəmir yolunun tikintisinin ilk ilində 25%təkmilləşdirilməsi nəzərdə tutulur. İkinci ildə bu rəqəm 50%ə çatacaq, üçüncü və sonuncu ildə isə işin yekun 25%i yerinə yetiriləcək.

0 Persons

Sizin rəyiniz

You are replying to: .