20 sentyabr 2023 at 23:55
Jurnalist kodu: 5487
Xəbər kodu: 85234577
T T
0 Persons

Tags

İran Asiya Əməkdaşlıq Dialoq Forumunun sədri oldu

20 sentyabr 2023 at 23:55
Xəbər kodu: 85234577
İran Asiya Əməkdaşlıq Dialoq Forumunun sədri oldu

Tehran – İRNA – Xarici İşlər naziri Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Asiya Əməkdaşlıq Dialoqu (ACD) Xarici İşlər nazirlərinin 18-ci iclasının yeni sədri seçilib.

İRNA-nın məlumatına görə, Hüseyn Əmir Abdullahiyan foruma sədrliyin İran İslam Respublikasına təhvil verilməsindən sonra, çıxışında İran İslam Respublikasının çoxtərəfliliyə sadiqliyini xatırladıb və ACD kimi çoxtərəfli qurumların qlobal problemlərin öhdəsindən gəlmək, habelə irəliləyiş və inkişaf üçün imkanlar yaradılması üçün ölkələr arası anlaşma və əməkdaşlığın yaradılmasındakı rolunu vurğulayıb.

Xarici İşlər naziri Asiyanı qədim sivilizasiyaların və mədəniyyətlərin beşiyi hesab edib və çoxtərəfli əməkdaşlığı bu qitənin böyük potensialının reallaşdırılması vasitəsi kimi qiymətləndirib.

Əmir Abdullahiyan İranın prezidentlik dövrünün şüarını “Yeni və inkişaf etməkdə olan texnologiyalar vasitəsilə daha davamlı və güclü Asiya” olaraq elan edib və üzv ölkələrin nazirlərini Assambleyanın Xarici İşlər nazirlərinin 2024-cü ildə Tehranda keçiriləcək növbəti iclasında iştirak etməyə dəvət edib.

Qeyd edək ki, ötən iki ildə assambleyaya sədrlik Bəhreyn tərəfindən həyata keçirilib. 35 Asiya ölkəsi 2002-ci ildə dialoq şüarı ilə yaradılmış Asiya Əməkdaşlıq Dialoq Forumunun üzvüdür. Bu forumun qərargahı Küveytdədir.

Asiya Əməkdaşlıq Dialoq Forumu 2002-ci ildə Asiya ölkələri arasında birlik yaratmaq, kommersiya və maliyyə bazarını genişləndirmək, Asiyanı dünyanın digər nöqtələri ilə qarşılıqlı əlaqə üçün bacarıqlı tərəfdaşa çevirmək və Asiyanın qlobal miqyasda rolunu təsirli etmək məqsədi ilə, 12 ölkənin üzvlüyü ilə yaradılmışdır.

0 Persons

Sizin rəyiniz

You are replying to: .