İRNA-nın məlumatına görə, Ayətullah Seyid İbrahim Rəisi BMT-nin illik Baş Assambleyasında iştirak etmək üçün yerli vaxtla bazar ertəsi səhər saatlarında Con Kennedi hava limanına gəldi və burada onu İran İslam Respublikasının səfiri və diplomatları qarşıladı.
Dövlət başçısını bu səfərdə Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan, Prezident Aparatının siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi, Prezident Aparatının rəhbəri Qulam Hüseyn İsmayili və xanımı doktor Cəmilə Ələmülhüda müşayiət edirdi.
Ayətullah Rəisi üç günlük səfərini Amerika KİV-lərinin yüksək səviyyəli redaktorlarının iştirakı ilə başladı və beynəlxalq jurnalistlərlə mətbuat konfransı ilə yekunlaşdırdı.
Üç günlük səfər zamanı Prezident BMT-nin Baş katibi Antonio Quterreş, Xorvatiya, Qazaxıstan, Əlcəzair, Qırğızıstan, Tacikistan, Şri-Lanka prezidentləri, İraq, Yaponiya, Malayziyanın baş nazirləri və Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti ilə görüşərək danışıqlar apardı.
Ayətullah Rəisi həmçinin Amerika mətbuatının bir qrup redaktoru və yüksək səviyyəli müxbiri, Amerikanın xarici siyasət mütəfəkkirləri, Amerika Xarici Əlaqələr Şurasının üzvləri, Amerika Şiə İcmasının Qəyyumlar Şurasının üzvləri, ilahi dinlərin rəhbərləri və Amerikada yaşayan iranlılar ilə görüşdü və onların suallarını cavablandırdı.
BMT-nin 78-ci illik Baş Assambleyasında iştirak Prezidentin üç günlük səfərinin ən mühüm və əsas məqsədi idi və Ayətullah Rəisi yerli vaxtla çərşənbə axşamı iclasda çıxış etdi.
Həmçinin beynəlxalq KİV müxbirlərinin iştirakı ilə keçirilən mətbuat konfransında iştirak etmək İran Prezidentinin son proqramı idi və bundan sonra iqamətgahını tərk edərək Con Kennedi hava limanına getdi və Tehrana yola düşdü.
Sizin rəyiniz