21 sentyabr 2023 at 21:02
Jurnalist kodu: 5487
Xəbər kodu: 85235341
T T
0 Persons

Tags

Əmir Abdullahiyan: İran Hollandiya və Avropa İttifaqı ilə əlaqələri gücləndirməyə hazırdır

Tehran - İRNA - Xarici İşlər naziri İran İslam Respublikasının Hollandiya və Avropa İttifaqı ilə əlaqələrini gücləndirməyə hazır olduğunu vurğulayaraq əlavə edib: Bizim müxtəlif sahələrdə o cümlədən ətraf mühit, su və sənaye sahələrində əməkdaşlıq imkanlarımız var.

İRNA-nın məlumatına görə, Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində Hollandiyanın Xarici İşlər naziri Hanke Bruins Slot ilə görüşüb və söhbət edib.

Xarici İşlər naziri Hanke Bruins Slotu Hollandiyanın Xarici İşlər naziri təyin olunması münasibətilə bir daha təbrik edərək dedi: Sabiq Xarici İşlər naziri ilə yaxşı münasibətlərdə olduğu kimi, biz sizinlə də dialoqu davam etdirməyə və əməkdaşlığı gücləndirməyə hazırıq.

Əmir Abdullahiyan ölkəmizin Hollandiya və Avropa İttifaqı ilə əlaqələri gücləndirməyə hazır olduğunu vurğuladı və əlavə etdi: Bizim müxtəlif əməkdaşlıq sahələrimiz var, o cümlədən ətraf mühit, su və sənaye əməkdaşlığı. O əlavə edib ki, biz xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin davam etdirilməsində maraqlıyıq və əlaqələri inkişaf etdirməyə hazırıq.

Xarici İşlər naziri vurğulayıb: İran terrorizmlə mübarizədə çoxlu xərc və itki verib və bu sahədə dəyərli təcrübəyə malikdir. Biz bu sahədə müzakirə və təcrübə mübadiləsi aparmağa hazırıq.

Hollandiyanın Xarici İşlər naziri də bu görüşdən məmnunluğunu bildirib və deyib: İran və Hollandiya arasında diplomatik əlaqələr çox qədimdir. Biz bu münasibətlərin və diplomatik əməkdaşlığın gücləndirilməsində maraqlıyıq.

Hanke Bruins Slot İran İslam Respublikasına iki ölkə arasında bəzi konsulluq məsələlərinin həllinə kömək etdiyinə görə təşəkkür edib.

O, həmçinin ölkəmizin Hollandiyadakı yeni səfirinin missiyasının başlanmasına və uğur qazanmasına kömək etməyə hazır olduğunu bildirib.

Hollandiyanın Xarici İşlər naziri də İran İslam Respublikasının regionda sülh və sabitliyə kömək etmək səylərinə görə minnətdarlığını bildirib və iranlı həmkarı ilə konstruktiv təmas və müzakirələri davam etdirməyə hazır olduğunu bildirib.

Görüşdə həmçinin bəzi maraq doğuran mövzular, o cümlədən sanksiyaların ləğvi ilə bağlı danışıqlar prosesi və Avropa İttifaqı ilə əməkdaşlıq və məsləhətləşmələr müzakirə edilib və bu sahələrdə danışıqların davam etdirilməsinə hazır olduqları bildirilib.

Əmir Abdullahiyan hollandiyalı həmkarını Tehrana səfərə dəvət edib.

0 Persons

Sizin rəyiniz

You are replying to: .