İRNA-nın cümə günü Sputnik xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Rüstəm Jiqanşin deyib: İran və Rusiya turist qruplarının ilk vizasız uçuşları başlayıb.
İran və Rusiya mart ayında vizasız turist səfərləri haqqında saziş imzalayıblar. Sazişə əsasən, iki ölkə vətəndaşları 50 nəfərə qədər qruplar halında maksimum 15 gün müddətinə turizm məqsədilə vizasız səyahət edə bilərlər.
Bundan əvvəl Rusiya Turizm Sənayesi Birliyi bəyan etmişdi ki, payız mövsümü yaxınlaşdıqca İran turlarına tələbat artacaq və qruplar üçün vizasız turların tətbiqi daha çox rusiyalını bu ölkəyə cəlb edəcək.
“Art-Tur” turizm şirkətinin baş direktoru Dimitri Arutyunovun sözlərinə görə, İran qapalı ölkələrə, ilk növbədə Avropaya alternativə çevrilib.
Sizin rəyiniz