23 sentyabr 2023 at 11:47
Jurnalist kodu: 5487
Xəbər kodu: 85236558
T T
0 Persons

Tags

Nyu-Yorkda İran və Rusiya xarici işlər nazirləri arasında məsləhətləşmələr

Nyu-York - İRNA - İran və Rusiya xarici işlər nazirləri Hüseyn Əmir Abdullahiyan və Sergey Lavrov Nyu-Yorkda BMT-nin Baş Assambleyası çərçivəsində görüşüb və müzakirələr aparıblar.

İRNA-nın məlumatına görə, İran Xarici İşlər naziri Əmir Abdullahiyan yerli vaxtla cümə günü axşam saatlarında BMT Baş Assambleyasının 78-ci iclası çərçivəsində Rusiya Xarici İşlər naziri Lavrovla öz iqamətgahında görüşüb.

Tehran və Moskva arasında ikitərəfli sahələrdə müsbət əməkdaşlıq prosesinə, o cümlədən beynəlxalq təşkilatlarda məsləhətləşmələr və əməkdaşlıqlara toxunan Əmir Abdullahiyan iki ölkə arasında hərtərəfli uzunmüddətli əməkdaşlıq sənədinin hazırlanması prosesinin başa çatdırılmasının vacibliyini vurğulayıb.

Rusiya Xarici İşlər naziri Lavrov da iki ölkə arasında müxtəlif iqtisadi, ticarət və mədəniyyət sahələrində əməkdaşlığın daha da gücləndirilməsi üçün zəmin yaradılmasını vurğulayıb.

Bu görüşdə regional maraq doğuran bəzi mövzular, o cümlədən Cənubi Qafqaz və Qarabağdakı hadisələr müzakirə olunub.

İran Xarici İşlər naziri cümə günü BMT Baş Assambleyası çərçivəsində bir sıra ölkələrin xarici işlər nazirləri və rəsmiləri ilə görüşüb və danışıqlar aparıb.

Sizin rəyiniz

You are replying to: .