25 sentyabr 2023 at 13:35
Jurnalist kodu: 5487
Xəbər kodu: 85238443
T T
0 Persons

Tags

Mossad casusunun İstanbulda İrana qarşı etirafının təfərrüatları

25 sentyabr 2023 at 13:35
Xəbər kodu: 85238443
Mossad casusunun İstanbulda İrana qarşı etirafının təfərrüatları

Tehran - İRNA - İstanbulda İran İslam Respublikası əleyhinə fəaliyyət göstərən Mossad-ın həbs olunmuş casus agenti Səlcuq Küçükkaya Türkiyənin “Star” xəbər saytında dərc olunmuş son etiraflarında casusluq hərəkətlərinin təfərrüatlarını açıqlayıb.

İRNA-nın bu gün (bazar ertəsi) verdiyi məlumata görə, bu il iyulun 3-də Türkiyə mediası ölkənin kəşfiyyat təşkilatına (MİT) istinadən İstanbulda “Mossad” kimi tanınan sionist casus şəbəkəsinin üzvlərinin həbs edildiyini açıqladı və bu şəbəkənin əsas agenti Səlcuq Küçükkayanın Mossad-da şəxsi detektiv işlədiyini bildirdi.

Tanner Sezgin kod adlı “üçüncü göz mütəxəssisi” adı altında bu şəbəkənin idarə edən və İranla işgüzar əlaqələri olan bir şirkətə və 23 nəfərə qarşı casusluq edən əsas agent, Mossad casus şəbəkəsinin 17 müttəhimi ilə birlikdə mühakimə olundu və İstanbul Prokurorluğu onun və “siyasi və hərbi casusluq” ittihamı ilə iş üzrə müttəhimlərdən 6-sı üçün 15 il həbs istədi.

“Star” xəbər saytının məlumatına görə, İstanbul Prokurorluğu bu işlə bağlı daha 17 şübhəlinin işini davam etdirir və onlardan 6-sı hələ də həbsdədir və tezliklə mühakimə olunacaq.

“Star” bildirib ki, bu şəbəkənin əsas agenti son etirafında Gülən qruplaşmasının üzvü olan və hazırda qaçıb gizlənmiş Sərkan Özdəmirçi adlı türkiyəli hərbçinin vasitəsilə Mossad casus şəbəkəsinə qoşulduğunu, ərəb ölkələrinin vətəndaşları vasitəsilə lazımi məlumatları (İran əleyhinə) toplayıb Mossad-a təqdim etdiyini deyib.

Həbs edilən bu casus Avropanın 10 müxtəlif şəhərində 11 dəfə Mossad rəhbərləri ilə görüşdüyünü və pul müqabilində İran vətəndaşları və şirkətlərinə qarşı hazırlanmış casusluq hesabatlarını onlara təhvil verdiyini etiraf edib.

“Star”-ın bildirdiyinə görə, bu şəbəkənin əsas agenti olan Küçükkaya etiraf edib ki, Türkiyənin keçmiş hərbçisi və hazırda qaçıb gizlənmiş Sərkan Özdəmirçi vasitəsilə Mossadla əlaqə saxlayıb və sionist casus xidmətinə iş üsulu, sənədlərin saxlanması və Mossadın tələb etdiyi siyahıdakı şəxslərin izinə düşməsi ilə bağlı mühüm məlumatlar verib.

Habelə, Küçükkaya etiraf edib ki, Türkiyənin keçmiş hərbçi Sərkan Özdəmirçi 2018-ci ilin yayında ona zəng edərək, onunla özəl detektiv formasında əməkdaşlıq etməsini istəyib. Bundan sonra e-poçt və Skype vasitəsilə Xorxe adlı bir şəxsin rəhbərliyi ilə ilk olaraq üç restoranın kommersiya fəaliyyəti ilə bağlı araşdırmalarına başlayıb və ilk görüşü üçün 1000 avro istəyib.

Bu casus şəbəkəsinin əsas agenti ödənişləri nağd şəkildə alıb. Fəaliyyətinin davamında o, bu şirkətin İran və Livan, eləcə də İran və ərəb vətəndaşları ilə əlaqələrinin mahiyyətini və keyfiyyətini öyrənmək məqsədilə Türkiyənin bir elektrik şirkətinin xarici əlaqələrinə qarşı casusluq edib. O, araşdırmalı imiş ki, həmin şirkətin xarici əlaqələri necədir, kimlərlə, hansı şirkətlərlə iş aparır.

“Star” daha sonra yazır ki, o, bu fəaliyyətlərə görə yeddi min avro aldığını deyib, 2018-2022-ci illər arasında Kopenhagen, Sürix, Paris və Roma kimi 10 müxtəlif Avropa şəhərində Mossad menecerləri ilə təxminən 11 dəfə görüşdüyünü etiraf edib.

Etirafının davamında Küçükkaya bildirib ki, Mossadın göstərişi ilə o, İstanbulda M. Mahmud adlı Fələstin əsilli şəxsi mümkün terror üçün zəif nöqtələrini müəyyən etmək məqsədi ilə təqib edib, üç avtomobil və bir motosikletlə M. Mahmudu təqib etdikdən sonra təqib etdiyi şəxsin fotoşəkilləri ilə birlikdə hesabatını Mossada göndərməsi planlaşdırılıb.

Sizin rəyiniz

You are replying to: .