25 sentyabr 2023 at 19:41
Jurnalist kodu: 5487
Xəbər kodu: 85238853
T T
1 Persons

Tags

Xalid Məşəl: İsrail odla oynayır – Müqavimət onunla mübarizə aparmağa qadirdir

Tehran – İRNA – Radikal sionistlərin bir neçə gün ardıcıl olaraq və yəhudilərin bayramları bəhanəsi ilə Əl-Əqsa məscidinə hücumunun davam etməsindən sonra, Həmas hərəkatının xaricdəki rəhbəri bu təxribatçı hərəkətlərə qarşı xəbərdarlıq edərək bildirib: Sionist düşmən odla oynayır və müqavimət onun hərəkətlərinə qarşı çıxacaq.

İRNA-nın “Səma” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bazar ertəsi Xalid Məşəl vurğulayıb ki, sionist rejimlə münasibətlərin normallaşması bu rejimə Binyamin Netanyahunun kabinetinin dəstəyi ilə Əl-Əqsa məscidinə qarşı murdarlıq etməyə və ona hücumu davam etdirməyə imkan verir.

O bildirib ki, sionist rejim yəhudilərin bayramları vasitəsilə yeni tədbirlər tətbiq etməyə çalışır ki, Əl-Əqsa məscidinin dağıdılması və onun yerində Süleyman məbədinin tikilməsi üçün zəmin təmin etsin.

Məşəl əlavə edib: 2017-ci ildən bəri Əl-Əqsa məscidinə hücum edən işğalçılar iki dəfə artıb və işğalçı rejim bu müqəddəs yerə qarşı təcavüzünü gücləndirib.

O, həmçinin vurğulayıb: Buna baxmayaraq, İordan çayının qərb sahilində müqavimətin hərəkətləri və əməliyyatları xeyli güclənib ki, işğalçı rejimin siyasətləri onları cilovlamaq iqtidarında deyil.

O əlavə edib: Müqavimət Əl-Əqsa məscidinə toxunmağa imkan verməyəcək və bu qarşıdurma işğalçı düşmənin cinayətlərinə ən böyük cavab olacaq. Düşmən odla oynayır və biz bu odun alovunun şiddətini onlara daddıracağıq və müqavimət işğalçı rejimin fitnə və planlarını zərərsizləşdirməyə qadirdir.

İşğal olunmuş Fələstindən kənarda yaşayan HƏMAS rəhbəri fələstinlilərdən Əl-Əqsa məscidində olmalarını və aksiyaya davam etmələrini istəyib və həmçinin ərəb xalqlarından sionistlərin müxtəlif cəbhələrdə törətdikləri cinayətlərə cavab vermələrini istəyib.

O, həmçinin sionist rejimlə anlaşmaya gedən ölkələrdən bu səhvi düzəltmələrini istəyib. Çünki işğalçı rejimlə anlaşmaq və münasibətləri normallaşdırmaq Fələstin və ərəb ölkələri üçün təhlükədir.

Bu bəyanatlar son günlər və “Bağışlanma günü” adlı dini ayinlə eyni vaxtda sionist rejim hərbçilərinin himayəsi altında yüzlərlə radikal sionistin Əl-Əqsa məscidinə hücumundan sonra verilib.

1 Persons

Sizin rəyiniz

You are replying to: .