Azərbaycan ilə Ermənistan arasında gərginliyin davam etdiyi bir şəraitdə Qarabağ bölgəsində ölümlə nəticələnən partlayış xəbəri gündəm olub.
“Reuters” xəbər agentliyi və Ermənistanın “Armen Press” saytı kimi media mənbələri Qarabağ bölgəsinin yerli rəsmilərinə istinadən bölgədə yanacaq anbarının yandığını bildiriblər.
Bu məlumatlara görə, Qarabağda yanacaq anbarının partlaması nəticəsində azı 20 nəfər ölüb, 290 nəfər yaralanıb və yaralılar tibb məntəqələrinə çatdırılıb.
Qarabağ bölgəsindəki yerli mənbələrin məlumatına görə, yanacaq anbarının partlaması nəticəsində xəsarət alan onlarla insanın vəziyyətinin ağır olduğu bildirilir.
Qarabağda baş verən ölümcül partlayış bu regionla bağlı Azərbaycan ilə Ermənistan arasında davam edən gərginlik və Bakının bu bölgədə son hərbi əməliyyatı kontekstində gündəm olmuşdur.
Medialar hələ ki, Qarabağ bölgəsindəki yanacaq anbarının partlamasının səbəbi ilə bağlı ətraflı məlumat verməyib.
Bu partlayış yerli vaxtla ötən axşam (25 sentyabr) saat 8 radələrində baş verib.
Hadisənin qurbanlarının əksəriyyəti Ermənistana getmək niyyəti ilə yanacaq doldurmaq üçün bu yanacaqdoldurma məntəqəsinin yaxınlığında toplaşmış insanlar olub.
“Armen Press”-in bu gün verdiyi xəbərə görə, yaralıları köçürmək və müalicə etmək üçün İrəvandan Xankəndi Mərkəzi Xəstəxanasına dərman və tibbi əşyalar daşıyan helikopterlə birlikdə həkim briqadası göndərilib.
“Azərtac” xəbər agentliyi də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının bəyanatına istinadən bildirib ki, Qarabağ bölgəsi mərkəzinə tibbi ləvazimatlarla təchiz olunmuş təcili yardım maşını göndərilib.
Bundan əvvəl Fransanın Xarici İşlər naziri Ketrin Kolonna X (keçmiş Twitter) saytında Bakıdan dünən gecə baş vermiş partlayışda zərərçəkənlərə humanitar yardımın dərhal çatmasına icazə verməsini tələb etmişdi. O əlavə edib: “Fransa vacib resursları göndərməyə hazırdır.”
Sizin rəyiniz