Rəisi və Putin Cənubi Qafqazın problemlərinin həll olunmasını və xarici müdaxilədən qaçmağı vurğulayıblar

Tehran – İRNA – İran və Rusiya prezidentləri regional hadisələrin son vəziyyətini nəzərdən keçirərkən, Cənubi Qafqaz məsələlərinin rəsmi Bakı ilə rəsmi İrəvan arasında dialoqla, həmçinin “3+3” platformasında dialoqlarla həll olunmasının və bölgə ilə bağlı məsələlərə əcnəbilərin müdaxiləsindən çəkinməyin vacibliyini vurğulayıblar.

İRNA-nın hökumət müxbirinin verdiyi məlumata görə, Ayətullah Seyid İbrahim Rəisi çərşənbə axşamı günortadan sonra Rusiya prezidenti Vladimir Putinin telefon zənginə cavab verərək, iki ölkə arasında əlaqələrin inkişafını müsbət qiymətləndirib və iki ölkə arasındakı müştərək razılaşma və planların həyata keçirilməsinin sürətləndirilməsi, o cümlədən, nəqliyyat, enerji mübadiləsi və Şimal-Cənub dəhlizinin tamamlanmasının vacibliyini vurğulayıb.

İranın BRICS qrupuna üzvlüyünə Rusiyanın dəstəyini yüksək qiymətləndirən prezident əlavə edib: BRICS çoxqütblü dünyanın formalaşmasında təsirli olan yeni yaranmaqda olan təşkilatlardan biridir və İran, Rusiya və digər üzv ölkələr arasında ikitərəfli, regional və beynəlxalq əlaqələrin genişləndirilməsi üçün uyğun platformadır.

Rusiya prezidenti Vladimir Putin də telefon danışığı zamanı deyib: Ötən il iki ölkə arasında ticarət dövriyyəsi rekord həddə çatıb.

Rusiya Prezidenti Rəşt-Astara dəmir yolunun tezliklə həyata keçirilməsinə və İran, Azərbaycan və Rusiya dəmir yolu xətlərinin bir-birinə bağlanacağına ümid etdiyini bildirərək, bunun bu ölkələr arasında ticarət mübadiləsinin artmasına mühüm təsir göstərdiyini qeyd etdi. O, İranı Rusiyanın strateji tərəfdaşı hesab edib.

Telefon danışığında İran və Rusiya prezidentləri son regional hadisələri nəzərdən keçirərək, iki ölkə arasında dialoqda Cənubi Qafqaz regionu məsələlərinin həll olunmasının, həmçinin “3+3” platformasında dialoqlarla həll olunmasının və bölgə ilə bağlı məsələlərə əcnəbilərin müdaxiləsindən çəkinməyin vacibliyini vurğulayıblar.

0 Persons

Sizin rəyiniz

You are replying to: .