Rusiya və Azərbaycan xarici işlər nazirləri Qarabağda baş verənləri müzakirə ediblər

Tehran - İRNA - Rusiya və Azərbaycanın xarici işlər nazirləri Sergey Lavrov və Ceyhun Bayramov çərşənbə günü telefon danışığında Qarabağda baş verənləri, o cümlədən bu bölgə ermənilərinə humanitar yardımın göndərilməsini müzakirə ediblər.

İRNA-nın TASS-a istinadən verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir: “Tərəflər Qarabağ məsələləri, o cümlədən humanitar yardım, bu bölgədə ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi məsələlərini müzakirə ediblər.”

Rusiya XİN əlavə edib ki, iki ölkənin xarici işlər nazirləri həmçinin “Bakı ilə İrəvan arasında sülh, Ermənistan və Azərbaycan arasında sərhəd xətlərinin müəyyən edilməsi və nəqliyyat xətlərinə maneələrinin aradan qaldırılması haqqında” 2020 və 2022-ci illər üçün sazişlərin həyata keçirilməsi yollarını nəzərdən keçiriblər.”

Lavrovla Bayramovun danışığında bir sıra digər ikitərəfli və regional məsələlərin araşdırılması və iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin artırılmasına dair razılığın əldə olunması da müzakirə olunan məsələlər arasında olub.

Ötən həftə Azərbaycan Respublikasının bu ölkənin Qarabağ bölgəsində nəzarəti ələ keçirməsinə səbəb olan hərbi əməliyyatından sonra bu bölgənin erməniləri oradan təxliyə edilərək Ermənistana doğru hərəkət edirlər. 

Ermənistan hökumətinin açıqlamasına görə, Qarabağ bölgəsindən 50 mindən çox erməni Ermənistana daxil olub. Bu arada Azərbaycan qondarma “Qarabağ Respublikası” məmurlardan birinin həbs edildiyini açıqlayıb.

Çərşənbə axşamı Brüsseldə Avropa İttifaqı, Azərbaycan və Ermənistan, eləcə də Fransa və Almaniyanın nümayəndələri görüşüb və Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesini necə irəli aparmaq barədə müzakirələr aparıblar.

Sizin rəyiniz

You are replying to: .