İRNA-nın cümə axşamı “Armen Press” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, “Dağlıq Qarabağ Respublikası” 2024-cü il yanvarın 1-dən etibarən mövcudluğunu dayandıracaq. Qondarma Qarabağ Respublikasının prezidenti Samul Şahramanyan bütün dövlət qurumlarının buraxılması haqqında fərman imzalayıb.
Bu fərmanda o, yaranmış ağır hərbi-siyasi vəziyyəti qeyd edib.
S. Şahramanyan həmçinin bu bölgənin daxilində və xaricində olan Qarabağ sakinlərindən Azərbaycan Respublikasına inteqrasiya şərtləri ilə tanış olmalarını istəyib.
Bir nüsxəsi “Armen Press” xəbər agentliyində dərc edilmiş “Dağlıq Qarabağ Respublikası”nın ləğvi haqqında fərmanda bildirilir: “Bu qərar Qarabağ əhalisinin fiziki təhlükəsizliyinin, mühüm və həyati maraqlarının təmin edilməsi prioritetinə əsaslanaraq, Rusiya sülhməramlı qüvvələrinin vasitəçiliyi ilə Azərbaycan Respublikasının nümayəndələri ilə Qarabağ sakinlərinin, o cümlədən silahlarını yerə qoymuş hərbi qüvvələrin sərbəst, könüllü və maneəsiz keçidinə zəmanət verilməsi barədə əldə edilmiş razılığı nəzərə alaraq verilmişdir. Bu qərara əsasən, 2024-cü il yanvarın 1-dən bütün dövlət qurumları və təşkilatları ləğv olunur və Qarabağ (Artsax) Respublikası artıq mövcud olmayacaq.”
Sizin rəyiniz