28 sentyabr 2023 at 19:06
Jurnalist kodu: 5487
Xəbər kodu: 85242062
T T
1 Persons

Tags

İranın sərbəst güləşçisinə Azərbaycan Respublikasının şirnikləndirici təklifi

Tehran – İRNA – Azərbaycan Güləş Federasiyası ölkəmizin 125 kq çəkidə gənc sərbəst güləşçisinə şirnikləndirici təklif verib.

İRNA-nın məlumatına görə, Azərbaycan Respublikası Paris Olimpiya Oyunlarının güləş yarışının ağır çəkisində medal qazanmağa çalışır və buna görə də, ölkəmizdə keçrilmiş “Yeniyetmələr, Gənclər və Dünyanın Ümidləri” yarışının qızıl medalının sahibi Əmirrza Məsumini öz sıralarına cəlb etməyi planlaşdırır. Bu məsələ o həddə çatıb ki, ölkəmizin federasiyasının rəsmiləri yekun rəyini açıqlamalıdırlar.

İranın gənc ağır çəki çempionunun atası Fərdin Məsumi İRNA-nın müxbiri ilə müsahibədə Azərbaycan Respublikasının oğluna təklifi ilə bağlı deyib: Azərbaycan Respublikası Federasiyası adından Cəbrayıl Həsənov (baş məşqçi) Əmirrzadan bu ölkə üçün güləşməsini istəyir. Bununla bağlı hələ heç bir qərar verməmişik və federasiya və Əlirza Dəbir ilə lazımi məsləhətləşmələr aparılmalıdır.

O, davam etdi: Bildirməliyəm ki, bizim əsas prioritetimiz İran bayrağının dalğalanması və xalqın sevincidir. Əgər güləş federasiyasına Əmirrza lazımdırsa, təbii ki, prioritetimiz İranı qürurlandırmaqdır, əks halda başqa qərar veriləcək.

Dünya ağır çəkidə gümüş mükafatçı deyib: Sabah Əlireza Dəbir və sərbəst güləş yığması ilə görüşümüz olacaq. Əgər Əmirrzanın İran bayrağı altında mübarizə aparmasına ehtiyac varsa, sözüm yoxdur, amma əks halda onun üçün yekun qərar verilməlidir.

Əmirrzadan Asiya Oyunlarının heyətində daha çox istifadə olunması barədə suala cavab olaraq Məsumi deyib: Texniki heyətə və Əmir Hüseyn Zareyə böyük hörmətim var, amma birinci yerin sahibi mundiala göndərilirsə, ikinci yerin sahibi də Asiya Oyunlarına getsə yaxşı olar. Texniki heyət övladım üçün başqa qərar verdi. Əmirrza millinin və ölkəsinin əsgəridir və onun peşəkar gələcəyi üçün sərbəst güləş federasiyası və kollektivi son qərarı daha tez verməlidir.

1 Persons

Sizin rəyiniz

You are replying to: .