5 oktyabr 2023 at 12:07
Jurnalist kodu: 5487
Xəbər kodu: 85248438
T T
0 Persons

Tags

Putin: İranla yaxşı münasibətlərimiz var

5 oktyabr 2023 at 12:07
Xəbər kodu: 85248438
Putin: İranla yaxşı münasibətlərimiz var

Tehran - İRNA - Rusiya Prezidenti Vladimir Putin çərşənbə günü axşam saatlarında ölkəsinin İran İslam Respublikası ilə yaxşı münasibətlərə malik olduğunu deyib.

İRNA-nın Rusiyanın “Sputnik” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Putin Soçidə “İlin müəllimi” müsabiqəsinin qalibləri və finalçıları ilə görüşündə əlavə edib: “Bizim İranla çox yaxşı münasibətlərimiz var və onu hər cür inkişaf etdirməyə çalışacağıq.”

O deyib: “Rusiya İran kimi ölkələrdə uşaqların təhsili üçün rus üsulları ilə rusdilli təhsil müəssisələrinin yaradılmasında maraqlıdır.”

Rusiya Prezidenti daha sonra deyib: “Təbii ki, ilk növbədə, məncə, vaxtilə bir ölkənin - Sovet İttifaqının tərkibində olmuş ölkələrdə təhsilə, dilə, mədəniyyətə marağı dəstəkləməliyik. Çünki bizim hələ də mövcud olan çox güclü əlaqələrimiz var.”

Daha əvvəl Rusiya Dövlət Dumasının iqtisadi siyasət komitəsinin rəhbəri Maksim Topilin demişdi: “İran İslam Respublikası Rusiyanın strateji tərəfdaşıdır və biz Moskvanın Tehranla qarşılıqlı fəaliyyətini və əməkdaşlığını yüksək qiymətləndiririk.”

Sizin rəyiniz

You are replying to: .