İRNA-nın Rusiyanın “Sputnik” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Putin Soçidə “İlin müəllimi” müsabiqəsinin qalibləri və finalçıları ilə görüşündə əlavə edib: “Bizim İranla çox yaxşı münasibətlərimiz var və onu hər cür inkişaf etdirməyə çalışacağıq.”
O deyib: “Rusiya İran kimi ölkələrdə uşaqların təhsili üçün rus üsulları ilə rusdilli təhsil müəssisələrinin yaradılmasında maraqlıdır.”
Rusiya Prezidenti daha sonra deyib: “Təbii ki, ilk növbədə, məncə, vaxtilə bir ölkənin - Sovet İttifaqının tərkibində olmuş ölkələrdə təhsilə, dilə, mədəniyyətə marağı dəstəkləməliyik. Çünki bizim hələ də mövcud olan çox güclü əlaqələrimiz var.”
Daha əvvəl Rusiya Dövlət Dumasının iqtisadi siyasət komitəsinin rəhbəri Maksim Topilin demişdi: “İran İslam Respublikası Rusiyanın strateji tərəfdaşıdır və biz Moskvanın Tehranla qarşılıqlı fəaliyyətini və əməkdaşlığını yüksək qiymətləndiririk.”
Sizin rəyiniz