7 oktyabr 2023 at 17:18
Jurnalist kodu: 5487
Xəbər kodu: 85250573
T T
0 Persons

Tags

Hizbullah: “Əl-Əqsa Tufanı” əməliyyatı sazişə gedən ölkələrə mesajdır

Tehran - İRNA - Livan Hizbullah Hərəkatı bu gün müqavimət qüvvələrinin sionist rejimə qarşı uğurlu əməliyyatını təbrik edərək, bu əməliyyatın sazişə gedən ölkələrə bir mesaj olduğunu vurğulayıb.

İRNA-nın şənbə günü verdiyi məlumata görə, Livan Hizbullah Hərəkatı zəfərlə nəticələnən “Əl-Əqsa Tufanı” əməliyyatı münasibətilə Fələstin xalqı və mücahidlərini, xüsusilə Qəssam Batalyonları və HƏMAS Hərəkatını təbrik edib.

Livan Hizbullahı yaydığı bəyanatda bildirib ki, bu zəfərli əməliyyat sionist rejimin müqəddəs məkanlara qarşı davam edən cinayət və təcavüzlərinə qəti cavab, Fələstin xalqının iradəsi və müqavimət silahının sionist düşmənlə mübarizə üçün yeganə variant olduğunu vurğulamaqdır.

Bəyanatda qeyd olunur ki, bu əməliyyat Ərəb və İslam dünyasına, eləcə də beynəlxalq ictimaiyyətə, xüsusən də sionist rejimlə sazişə getmək istəyənlərə bir mesajdır. Habelə, bu əməliyyat Fələstin məsələsinin gündəmdə olduğunu, qələbə və azadlıq əldə olunmayana qədər müqavimətin davam edəcəyini vurğulayır.

Hizbullah Hərəkatının bəyanatında qeyd olunur: “Biz Ərəb və İslam xalqlarını və dünyanın azad insanlarını bu günkü əməliyyatlara, Fələstin xalqı və müqavimət hərəkatlarına dəstək olmağa çağırırıq.”

Hizbullah Hərəkatı bildirib ki, işğal altındakı ərazilərdə baş verənləri yaxından və ciddi şəkildə izləyirik, daxildə və xaricdə Fələstin müqavimətinin liderləri ilə birbaşa təmaslarımız vardır.

Bu bəyanatın bir hissəsində vurğulanır ki, (Hizbullah Hərəkatı) işğal olunmuş ərazilərdə baş verən hadisələri və əməliyyatlar prosesini qiymətləndirir və sionist rejim kabineti bu cəbhədə baş verən hadisələrdən dərs almalıdır.

0 Persons

Sizin rəyiniz

You are replying to: .