Bu gün səhər saatlarında Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri Ali Milli Müdafiə Universitetinin yeni tədris ilinin başlanması münasibətilə keçirilən tədbirdə iştirak edib. İraqın Daxili İşlər naziri və Həşd əl-Şəbi komandirləri, Silahlı Qüvvələrin bir qrup yüksək çinli komandanı, iranlı və əcnəbi tələbələrin iştirakı ilə keçirilən tədbirdə Baqiri Vəhdət Həftəsi və yeni tədris ilinin başlanmasını təbrik etməklə yanaşı deyib: “Əmirəl-möminin Əli (əleyhissalam) Nəhcül-bəlağədə buyurur ki, “elm gücdür”. Buna uyğun olaraq Milli Müdafiə Universitetinin təkcə silahlı qüvvələr üçün deyil, həm də ölkə üçün xüsusi yeri var. Təşkilatın strateji idarəçiliyi və milli təhlükəsizliyin düzgün başa düşülməsi Ali Milli Müdafiə Universitetinə aid işidir.”
General-mayor Baqiri əlavə edib: “Bölgəmizdə çox yüksək düşüncə, fikirləşmə və tədbir tələb edən müxtəlif hadisələr baş verir. Qafqaz bölgəsinin son məsələləri də onlardan biridir. Bir ölkə işğalçı və təcavüzkar idi, bir ölkə isə itirilmiş torpaqlarını geri qaytarmağa və ərazi bütövlüyünü bərpa etməyə və bütövləşdirməyə çalışırdı.”
O vurğulayıb: “Azərbaycanın indiyədək etdiyi işlər öz ərazi bütövlüyünü bərpa etmək idi. Yəni son həftələrdə baş verən hadisələrlə tam suverenlik və ərazi bütövlüyünü bərpa edə bildi. Təbii ki, bütün bu torpaqlarda azlıqlar dinc, digər vətəndaşlarla bərabər hüquqlu yaşamalıdırlar. Bundan sonra Qafqazda bizim iki qonşumuz var: Azərbaycan və Ermənistan. Bu qonşuların hər ikisi bizim üçün hörmətlidir və onların ərazi bütövlüyünün qorunması bizim üçün əhəmiyyət daşıyır. Hər iki ölkənin rəsmiləri ilə görüşlərimizdə, söhbətlərimizdə bu məsələni vurğulamışıq. Ona görə də ümid edirik ki, tam sülhə nail olmaqla, Qafqaz regionu bölgənin coğrafi və geosiyasi sərhədlərini dəyişmədən öz xalqlarının daha yaxşı rifahı üçün sülh və abadlığı irəli aparmalıdır. Ona görə də bundan sonra müharibənin davam etdirilməsinin heç bir əsası yoxdur.”
Silahlı Qüvvələrin Baş Qərargah rəisi bildirib: “Bölgədəki ölkələrin silahlı qüvvələrinin rəsmilərinin hər biri ilə söhbətim olub. Hamı hesab edir ki, regionun təhlükəsizliyini qorumaq üçün heç bir xarici hərbi qüvvənin mövcudluğuna ehtiyacımız yoxdur. Region ölkələrinin həm texnikası, həm bacarıqlı orduları, həm də dostluğu var. İran İslam Respublikası hökumətinin siyasəti kimi, biz Silahlı Qüvvələr də sərhədləri hərbi və təhlükəsizlik statusundan iqtisadi və xalqlar arasında müxtəlif mübadilələr sərhədlərə çevirmək üçün qonşuluq siyasətini inkişaf etdirməyə çalışırıq. Bu istiqamətdə yaxşı irəliləyişlər əldə olunub.”
Sizin rəyiniz