8 oktyabr 2023 at 22:14
Jurnalist kodu: 5487
Xəbər kodu: 85252021
T T
1 Persons

Tags

HƏMAS: Rəisi İranın müqavimətə və Fələstin xalqına dəstəyini vurğuladı

Tehran - İRNA - Fələstin İslami Müqavimət Hərəkatı (HƏMAS) bəyanat yayaraq İran İslam Respublikası Prezidenti ilə HƏMAS Siyasi Ofisinin rəhbəri arasında Fələstin müqavimətinin cəsarətli əməliyyatları barədə telefon danışığının baş tutuduğunu və Ayətullah Seyid İbrahim Rəisinin müqavimətə və Fələstin xalqına dəstək verdiyini bildirib.

İRNA-nın bazar günü “Əl-Cəzirə” telekanalına istinadən verdiyi məlumata görə, HƏMAS bəyanat yayaraq bildirib ki, Ayətullah Seyid İbrahim Rəisi bu hərəkatın Siyasi Ofisinin rəhbəri İsmayıl Həniyyəyə zəng edib.

Bəyanatda qeyd olunur ki, Ayətullah Rəisi fələstinli mübarizlərin sionist rejimə qarşı cəsarətli əməliyyatını yüksək qiymətləndirib.

HƏMAS-ın bəyanatında vurğulanır: “Rəisi İranın müqavimətə və Fələstin xalqına dəstəyini Həniyəyə çatdırdı.”

Bu bəyanata əsasən, Həniyyə də İran Prezidentinə Əl-Əqsa Tufanı əməliyyatının hələ ilkin mərhələdə olduğunu və gələcəkdə şanlı qələbə ilə nəticələnəcəyini bildirib.

Ayətullah Seyid İbrahim Rəisi bazar günü İslami Cihad Hərəkatının Baş katibi Ziyad Nəxalə və İslami Müqavimət Hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyyə ilə ayrı-ayrılıqda telefon danışığı aparıb və Fələstində baş verən hadisələri müzakirə edib.

1 Persons

Sizin rəyiniz

You are replying to: .