10 oktyabr 2023 at 12:01
Jurnalist kodu: 5487
Xəbər kodu: 85253728
T T
0 Persons

Tags

İran Xarici İşlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Bakıda səfərdədir

Bakı - İRNA - İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının iclasında iştirak etmək üçün Bakıya səfər etmiş Xarici İşlər nazirinin iqtisadi diplomatiya üzrə müavini Mehdi Səfəri bazar ertəsi günortadan sonra Azərbaycan Respublikası Xarici İşlər naziri cənab Ceyhun Bayramovla görüşüb.

Bu görüşdə tərəflər iki ölkə arasında bütün siyasi və iqtisadi sektorlardakı ikitərəfli münasibətlərdəki son vəziyyəti və Cənubi Qafqaz bölgəsində daimi sülh və sabitliyin bərqərar olması ilə bağlı müsbət perspektivi müzakirə etməklə yanaşı, 3+3 kimi regional təşəbbüslər şəklində regional ölkələrin rol oynamasının lüzumunu və bu regionun məsələlərinə xarici müdaxilənin rədd edilməsini vurğulayıblar.

Birgə iqtisadi layihələrin tamamlanması, nəqliyyat dəhlizlərinin tamamlanmasının sürətləndirilməsi və konsulluq məsələləri bu görüşdə müzakirə olunan digər mövzular sırasında olub.

Sizin rəyiniz

You are replying to: .