13 oktyabr 2023 at 15:06
Jurnalist kodu: 5487
Xəbər kodu: 85257107
T T
0 Persons

Tags

İran Xarici İşlər Naziri: Sionist rejimin müharibə cinayətləri dayanmasa, istənilən ehtimal mümkündür

Beyrut - İRNA - Ölkəmizin Xarici İşlər naziri amerikalıların bir əli ilə fələstinliləri öldürmək üçün silah və bomba göndərə, digər əli ilə isə bütün digər tərəfləri təmkinli olmağa çağırmasının mümkünsüzlüyünü vurğulayaraq deyib: “Sionist rejimin müharibə cinayətləri dayanmasa, istənilən ehtimal mümkündür.”

İRNA-nın ezam edilmiş müxbirinin verdiyi məlumata görə, İranın Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan bu gün Beyrutda livanlı həmkarı Abdullah Buhabib ilə görüşüb və müzakirələr aparıb.

Bu görüşdən sonra hər iki tərəf birgə mətbuat konfransında iştirak edib.

Mətbuat konfransında Livan Xarici İşlər naziri İran Xarici İşlər nazirini səmimi salamlayaraq bildirib: “Bu səfər regionda mövcud olan çətin şərait fonunda məsləhətləşmələr və fikir mübadiləsi aparmaq üçün mühüm səfərdir.”

Abdullah Buhabib əlavə edib: “Biz Qəzza məsələsi və müharibənin miqyasının qarşısının alınmasından danışdıq. Fələstin probleminin həlli məsələsinə məhəl qoymamaq son hadisələrə səbəb olub.”

Livanın baş diplomatı daha sonra deyib: “Biz Fələstin xalqının yanındayıq, Qəzzanın blokadasına son qoyulmasını tələb edirik və sionist rejimin cinayətlərini pisləyirik.”

İran Xarici İşlər naziri bu mətbuat konfransında deyib: “Sionist rejimin müharibə cinayətləri dayanmasa, istənilən ehtimal mümkündür.”

Əmir Abdullahiyan bildirib: “Bu həftə biz Misir Ərəb Respublikasının səlahiyyətlilərindən, BMT Baş katibindən, Qırmızı Xaç Komitəsi və s.-dən İslam Respublikasından Qəzzaya tibbi və ərzaq yardımı və içməli su göndərilməsi imkanının təmin edilməsini xahiş etdik. Biz bütün İslam hökumətlərini yüksək səslə Qəzzə xalqının mühasirəsinə və sionist rejimin cinayətlərinə son qoyulmasını tələb etməyə çağırırıq.”

Sonda ölkəmizin baş diplomatı Livanın yüksək vəzifəli rəsmilərinə Fələstinə və müqavimətə verdiyi dəstəyə görə təşəkkür edib.

Sizin rəyiniz

You are replying to: .