İranın Qızıl Aypara Cəmiyyəti Qəzza sərhədi yaxınlığında səhra xəstəxanası yaratmaq üçün müzakirə aparır

Tehran - İRNA - Qızıl Aypara Cəmiyyətinin sədri Fələstin xalqına humanitar yardım göndərilməsi üçün səylərin davam etdirildiyini bildirərək deyib: “Qəzza sərhədi yaxınlığında səhra xəstəxanasının yaradılması və yaralı fələstinlilərin müalicəsi üçün müzakirə aparırıq.”

İRNA-nın Qızıl Aypara Cəmiyyətinə istinadla verdiyi xəbərə görə, bazar ertəsi Pirhüseyn Kuleyvənd “Yardım Əxlaqı” konfransında deyib: “Bu konfransın keçirilməsi sionist rejimin Fələstinə vəhşicəsinə hücumu ilə eyni vaxta təsadüf edir. Qəzzada hal-hazırda baş verən hadisələr dünyanın heç bir yerində baş verməyib və dünya buna susur. Fələstin və Qəzza xalqına yardım göstərmək, hətta əsas yaşayış maddələri göndərmək mümkün deyil.”

O, əlavə edib: “Biz Misir vasitəsilə və Qəzza sərhədinə yaxın ərazidə insanların müalicəsi üçün səhra xəstəxanası yaratmağa çalışırıq və bu istiqamətdə müzakirə aparırıq.”

1 Persons

Sizin rəyiniz

You are replying to: .