İRNA-nın Qızıl Aypara Cəmiyyətinə istinadla verdiyi xəbərə görə, bazar ertəsi Pirhüseyn Kuleyvənd “Yardım Əxlaqı” konfransında deyib: “Bu konfransın keçirilməsi sionist rejimin Fələstinə vəhşicəsinə hücumu ilə eyni vaxta təsadüf edir. Qəzzada hal-hazırda baş verən hadisələr dünyanın heç bir yerində baş verməyib və dünya buna susur. Fələstin və Qəzza xalqına yardım göstərmək, hətta əsas yaşayış maddələri göndərmək mümkün deyil.”
O, əlavə edib: “Biz Misir vasitəsilə və Qəzza sərhədinə yaxın ərazidə insanların müalicəsi üçün səhra xəstəxanası yaratmağa çalışırıq və bu istiqamətdə müzakirə aparırıq.”
Sizin rəyiniz