İran və Rusiyanın Bakıdakı səfirləri Fələstin və Qafqazdakı hadisələrlə bağlı müzakirə aparıblar

Bakı - İRNA - İran İslam Respublikası və Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirləri Seyid Abbas Musəvi və Mixail Yevdokimov bu gün axşam saatlarında baş tutan görüşdə işğal olunmuş Fələstin ərazilərindəki son hadisələr, Qəzzada baş verən faciələr, həmçinin Cənubi Qafqazda baş verən proseslər, regionda təhlükəsizlik, davamlı sülh və sabitliyin yaradılmasında İran və Rusiyanın rolunu müzakirə ediblər.

Tərəflər zülmə məruz qalmış Fələstin xalqı ilə həmrəy olduqlarını bildirməklə yanaşı, Qəzzada günahsız insanların öldürülməsinin dayandırılmasının vacibliyini vurğulayıblar.

Qafqaz regionunun problemlərinin əcnəbi və regiondankənar qüvvələrin müdaxiləsi olmadan həlli və region ölkələrinin iştirakı ilə regiondaxili təşəbbüslərdən istifadə edilməsi zərurəti İran və Rusiya nümayəndələrinin müzakirə etdiyi digər mövzular sırasında olub.

Sizin rəyiniz

You are replying to: .