Rusiyanın müdafiə naziri də ölkəsinin atəşkəs rejiminin yaradılması və mülki şəxslərə zərər vurmasının qarşısının alınmasının zəruriliyi ilə bağlı mövqeyinin aydın olduğunu bəyan edərək deyib: “Bu işdə Rusiyanın Təhlükəsizlik Şurasındakı təşəbbüsü bəzi qərb ölkələrinin müxalifəti səbəbindən nəticəsiz qaldı.”
Eyni çərçivədə general-mayor Baqiri Qətər Müdafiə naziri Xalid bin Məhəmməd əl-Ətiyyə ilə müzakirə və məsləhətləşmələr aparıb.
Silahlı Qüvvələrin Baş Qərargah rəisi Fələstin müqavimət qruplarının özünümüdafiə üçün hərəkətini qanuni adlandırıb, fələstinli mübarizlərin son hərəkətini sionist rejimin Fələstin xalqına qarşı zülmünə, Məscidül-Əqsada müsəlmanların müqəddəslərinə qarşı etdiyi hörmətsizliklərə və fələstinlilərin namusuna qarşı təcavüzlərə cavab hesab edərək deyib: “Bu cinayətləri görən müsəlmanlar susa bilməzlər və bu vəhşiliklər davam edəcəyi surətdə müqavimət qruplarının hər hansı reaksiya verməsi ehtimalı var.”
General-mayor Baqiri sionist rejimin cinayətkar əməliyyatlarına rəhbərlik edilməsində Amerikanın roluna toxunaraq, ölkələri regiondakı Amerika bazalarından işğal olunmuş ərazilərə silah və texnika ötürməsinin qarşısını almağa çağırıb.
Sizin rəyiniz