20 oktyabr 2023 at 22:18
Jurnalist kodu: 5487
Xəbər kodu: 85264966
T T
0 Persons

Tags

İranın Qızıl Aypara Cəmiyyətindən ilk humanitar yardım Qəzzaya göndərilir

Tehran – İRNA – İran Qəzzaya ilk humanitar yükünü göndərir. İçərisində tibbi və sanitar ləvazimatın olduğu təxminən 60 ton ağırlığındakı bu yük İran İslam Respublikasının Qızıl Aypara Cəmiyyəti tərəfindən yüklənərək Qəzzəyə göndərilməyə hazırlandı.

Həmçinin, İRNA-nın məlumatına görə, İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin rəisi üç səyyar xəstəxananın hazır olduğunu və göndəriş əmri gəldiyi zaman təyyarə ilə göndəriləcəyini açıqlayıb. 60 ton dərman da yüklənib və göndərilməyə hazırdır, keçid açılan kimi Misirdə çoxlu yük maşınları göndərilməyə hazırdır. Dənizlə yardım göndərmək üçün də bir gəmi nəzərdə tutulub.

0 Persons

Sizin rəyiniz

You are replying to: .