21 dekabr 2024 at 18:37
Jurnalist kodu: 5561
Xəbər kodu: 85696479
T T
0 Persons
Əliyev Azərbaycanın D-8 təşkilatının üzvü seçilməsinə görə Pezeşkiyana təşəkkür edib

Tehran - İRNA - Azərbaycan Respublikasının Prezidenti Məsud Pezeşkiyana ünvanladığı məktubda Azərbaycanın D-8 təşkilatının üzvü seçilməsinə görə ona təşəkkür edib.

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiyana göndərdiyi məktubda yazıb: 

“Hörmətli cənab Prezident,

19 dekabr 2024-cü il tarixində Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) 11-ci Zirvə Görüşü zamanı Azərbaycan Respublikasının yekdilliklə D-8 təşkilatının üzvü seçilməsinə görə İran İslam Respublikasına və şəxsən Sizə dərin təşəkkürümü bildirirəm.”

Azərbaycan Respublikası Prezidenti əlavə edib: “Əlamətdar haldır ki, otuz ilə yaxın müddət ərzində fəaliyyət göstərən D-8 təşkilatı ilk dəfə olaraq genişlənmə ilə əlaqədar qərar qəbul etmişdir. Azərbaycana beynəlxalq etimadın göstəricisi olan bu tarixi qərar bizim üçün xüsusi qürur mənbəyidir.”

İlham Əliyev bununla bağlı bildirib: “Fürsətdən istifadə edərək qarşılıqlı hörmət və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran dostluq və əməkdaşlıq münasibətlərinin xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənməsi yolunda birgə səylərimizi davam etdiricəyimizə inamımı ifadə edirəm.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .