Sionist rejimin müxalif qanadının rəhbəri Yair Lapid deyib: “Mən israilliləri İsraili öz düz yoluna qaytarmaq üçün bu gün, günortadan sonra Təl-Əvivdə nümayiş keçirməyə çağırıram.”
Lapidin Təl-Əvivdə nümayişlərə çağırışı ilə eyni vaxtda Qəzzə zolağındakı sionist əsir ailələri assosiasiyası da elan edib: “Biz bu gün, günortadan sonra Təl-Əviv və bir sıra şəhərlərdə nümayişlərə çağırırıq və aparılanların (Qəzzədə sionist əsirlərin) geri qaytarılması üçün razılıq əldə olunmasını tələb edirik.”
Netanyahuya qarşı nümayişlər üçün bu çağırış elə bir vaxtda baş verir ki, sionist rejimin “Maariv” qəzetinin apardığı son sorğunun nəticəsi göstərir ki, işğal olunmuş ərazilərdə yaşayan sionistlərin 74%-i əsir mübadiləsi razılaşmasının əldə olunmasının tərəfdarıdır.
Sizin rəyiniz