Ziyad Əl-Nəxalə və Saleh əl-Aruri Seyid Həsən Nəsrullah ilə görüşüb - Əl-Əqsa tufanı əməliyyatı prosesinin icmalı

Tehran – İRNA – Fələstin müqavimət hərəkatının liderləri Livan Hizbullahının baş katibi ilə görüşüb müzakirə ediblər.

İRNA-nın məlumatına görə, xəbər mənbələri Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Əl-Nəxalə və HƏMAS Hərəkatının siyasi idarəsinin sədr müavini Saleh Əl-Arurinin Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah ilə görüşdüyünü açıqlayıblar.

Bu görüşdə Əl-Əqsa tufanı əməliyyatının başlamasından bu yana Qəzza zolağında və bundan sonra bütün sahələrdə baş verən hadisələr nəzərdən keçirilib.

Görüşdə həmçinin koordinasiyanın davam etdirilməsi və proseslərin gündəlik və daimi olaraq həmişə izlənilməsi barədə razılıq əldə olunub.

Qəzzə ilə bağlı regional və beynəlxalq mövqelərin qiymətləndirilməsi və müqavimət cəbhəsinin bu kritik mərhələdə hansı qərarları qəbul etməsi bu görüşdə müzakirə olunan digər mövzulardan biri idi.

İclasda həmçinin Qəzza və Fələstində müqavimətin real qələbəsinə nail olmaq və Fələstin xalqına qarşı amansız təcavüzü dayandırmaq üçün bu kritik mərhələdə görülməli olan tədbirlər müzakirə olunub.

Livan və işğal olunmuş Fələstin sərhədində mövcud münaqişələrin araşdırılması da bu görüşdə toxunulan məsələlərdən biri olub.

0 Persons

Sizin rəyiniz

You are replying to: .